3.Pedaqogikanın başqa elmlərlə əlaqəsi və sahələri.
Bütün elm sahələri ilə pedaqogikanın əlaqəsi var. Müxtəlif tədris müəssisələri üçün tədris planlarının, tədris proqramlarının və dərsliklərin işlənməsində, ayrı-ayrı fənlərin tədrisində, müəssisə, idarə və təşkilatlarda tərbiyə işinin nizama salınmasında digər elm-lərlə pedaqogikanın əlaqəsi özünü daha qabarıq göstərir. Bütün elm-lərlə pedaqogikanın qarşılıqlı əlaqəsini burada səciyyələndirmək mümkün deyil. Pedaqogikanın yalnız fəlsəfə, psixologiya və fizio-logiya ilə əlaqəsini nəzərdən keçirək.
Pedaqogikanın fəlsəfə ilə əlaqəsi. F.Paulsen göstərir ki, peda-qogikanı bir elm olaraq fəlsəfədən ayırmaq mümkün deyil. Psixolo-giyasız və etikasız, o, öz təməlindən ayrı düşür. Bu fənlər də öz növbəsində metafizika və idrak nəzəriyyəsindən ayrılmazdır.” Yaxud sovet pedaqoqu P.S.Qureviç İqor İlinskinin “Təhsil inqilabı” kitabı haqqındakı rəydə deyir: “Təhsilin problemləri bizi mürəkkəb fəlsəfi düşüncələr sisteminə cəlb edir. Pedaqogika və tərbiyə tarixi ilə bağlı bir çox tədqiqatların çatışmazlığı bundadır ki, onların müəllifləri təhsilə baxışlar kompleksini fəlsəfi və psixoloji düşün-cənin ümumi axarından ayırırlar. Ona görə də, pedaqogika tarixi müxtəlif didaktika üsullarının sadalanmasından ibarət olur. Lakin, axı bu üsullar özü konkret bir dövrdə doğulmuşdur və özündə zamanın dünyagörüşü təsəvvürlərinin izini əks etdirirlər.”
Dostları ilə paylaş: |