Yenidəntərbiyə. Yenidəntərbiyə tərbiyəyə nisbətən çətin və mürəkkəb pedaqoji prosesdir. Bu pis tərbiyənin nəticəsidir. Çünki yenidəntərbiyə zamanı tərbiyəçi iki əsas istiqamətdə iş aparmalı olur. O, bir tərəfdən uşağın şüurunda həkk olunmuş arzuolunmaz, zərərli əxlaqi və ya digər mənəvi keyfiyyətin yanlışlığını isbat etməli, onu inandırmalı və aradan qaldırmalıdır. Digər tərəfdən də tərbiyəçi cə-miyyət üçün faydalı olan yeni keyfiyyətləri uşağa aşılamalıdır. Yanlış və ya zərərli mənəvi keyfiyyətlər uşağın şüurundan davranışına süzüldükdə tərbiyəçinin işi daha da çətinləşir. O, nəinki uşağın mə-nəvi aləminə, həm də əməlinə, davranış tərzinə təsir göstərməli olur. Odur ki, uşağın tərbiyəsini lap balacalıqdan düzgün qurmaq zəruridir. Ona görə deyirlər: “Ağac yaş ikən, uşaq beşikdə ikən”.
Uşağın şüurunda və ya davranışında kök salmış zərərli əlamətlərin ləğvi, onların əvəzində ictimai əhəmiyyət kəsb edən keyfiyyətlərin uşaqlara aşılanması yenidəntərbiyədir.
Özünütərbiyə. Tərbiyə də, yenidəntərbiyə də özünütərbiyə ilə nəticələnməlidir. Özünütərbiyə yaxşı tərbiyənin nəticəsidr. Tərbiyə və yenidəntərbiyə zamanı uşağa özünütərbiyə bacarığı verilməlidir.
Bəzi uşaqlar və yeniyetmələr valideynlərin, müəllimlərin və digər tərbiyəçilərin bilavasitə nəzarəti olmayan şəraitdə düzgün düşünə və düzgün hərəkət edə bilmirlər. Belə uşaqları öz tərbiyəçilərinin tələb-lərinə uyğun şəkildə fikirləşməyə və davranmağa alışdırmaq lazım-dır. Tərbiyəçilərin bilavasitə nəzarəti olmadan, lakin onların məslə-hətlərinə uyğun şəkildə uşaqlar nə qədər tez fəaliyyət göstərsələr, bir o qədər ailə üçün, cəmiyyət üçün yaxşıdır. Bu tərbiyə işinin müvəffəqiyyətli getdiyini göstərən əsas meyarlardan biridir.
Valideynlərin, müəllimlərin, digər tərbiyəçilərin nəzarəti ol-madığı şəraitdə onların verdiyi istiqamətə uyğun düşünməyə və davranmağa uşaqların alışması prosesi özünütərbiyədir.
Dostları ilə paylaş: |