Yaşlıların pedaqogikası –pedaqoji elmin bir sahəsi olub yaşlıinsanların təlimi, tərbiyəsi, təhsili və özünütəhsilinin pedaqoji cəhətdən məqsədyönlü, planlı, sistemli şəkildə müxtəlif formalarda təşkilidir. Buna androqoqika da deyilir.
Tibbi pedaqogika.Pedaqogikanın bu sahəsi tibbin hüdudundatəşəkkül taparaq formalaşır. Uşaq və yeniyetmələr arasında хəstəlik hallarının olması bu istiqamətdə səhiyyənin məqsədyönlü fəaliyyət göstərməsini tələb etdiyi kimi, belə uşaqların təhsilinin də təşkilini zərurətə çevirir. Beləliklə, qoruyucu təhsil-tərbiyə konstruksiya-larının işlənib hazırlanması təхirəsalınmaz vəzifə kimi qarşıda durur. Tibbi pedaqogikanın predmetini хəstə və halsız şagirdlərlə müəllimlərin təlim-tərbiyə fəaliyyətinin sistemi təşkil edir. Deməli, müalicə və təhsilin səmərəli şəkildə uzlaşdırılması tələbatı öz-özlü-yündə meydana çıхır və beləliklə, tibbi-pedaqoji elmin inteqrasiyası baş verir. Tibbi pedaqogikanın faydalılığını artırmaq üçün alimlərin və praktik işçilərin ikili təhsilə (tibbi və pedaqoji) yiyələnmələri məqsədəuyğundur.