Mühazirələr bakalavr pilləsi üçün Pedaqogika elminin obyekti və predmeti Pedaqogikanın anlayışlar sistemi



Yüklə 0,91 Mb.
səhifə24/130
tarix02.01.2022
ölçüsü0,91 Mb.
#41703
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   130
Pedaqogika mühazirələr

səciyyəvi xüsusiyyətləri
Pedaqoji fəaliyyətin əsas simalarından biri olan müəllimlər gənc nəsillərin tərbiyə olunması kimi məsul işi yerinə yetirirlər. Pedaqoji fəaliyyət tələbatdan yaranır və tələbatların ödənilməsi ilə təşəkkül tapır. Pedaqoji fəaliyyət prosesində müəllim şəxsiyyəti formalaşır, zənginləşir və inkişaf edir.
Pedaqoji fəaliyyət dedikdə gənc nəslin tərbiyə olunmasına yönələn fəaliyyət başa düşülür. Başqa sözlə desək, təlim, tərbiyə, inkişaf prosesinin həyata keçirilməsinə, o cümlədən şagird şəxsiy-yətinin formataşmasına yönəldilən peşə fəallığı başa düşülür. Peda-qoji fəaliyyətin strukturunu aşağıdakı cəhətlər təşkil edir.


  1. Pedaqoji fəaliyyətin məqsədi bu cəmiyyət üçün yararlı, hər-tərəfli, ahəngdar inkişaf etmiş vətəndaşlar tərbiyə etməkdən ibarətdir.




  1. Pedaqoji fəaliyyətin subyekti bilik verən, tərbiyə edən, isti-qamət verən hesab olunur.




  1. Pedaqoji fəaliyyətin obyekti və subyekti isə bilik, bacarıqlara yiyələnən, araşdıran, tədqiqiat aparan, tərbiyə olunan hesab edilir.




  1. Pedaqoji fəaliyyətin vasitələri dedikdə, təlim-tərbiyənin formaları, istifadə olunan metodları, qaydaları və s. nəzərdə tutulur.




  1. Pedaqoji fəaliyyətin şərtləri sırasına böyüyən nəslin tərbi-yəsinə cəmiyyətin qayğısı, təlim-tərbiyənin səmərəliliyini şərtlən-dirən amillərin olması (məktəblərin vaxtlı-vaxtında təmir olunması, avadanlıqların səliqəliliyi), kollektivin həmrəyliyi, məktəb müəl-limlərinin bilik və bacarıqlarının yüksək olması və s. daxildir.




  1. Pedaqoji fəaliyyətin nəticələri nisbətən gec görünən proses-dir. Tədris ilinin sonunda müxtəlif yoxlamalar, müqayisələr apar-maqla bunu ayırd etmək olur. Şagirdlərdə yüksək keyfiyyətlərin for-malaşdırılması buna aiddir.

Pedaqoji fəaliyyət mürəkkəb və çoxsahəlidir. Qarşıda duran vəzifələrdən asılı olaraq pedaqoji fəaliyyətin öyrətmə, tərbiyə etmə, təşkilatçılıq, təşviqatçılıq, özünütəhsil və s. növləri mövcuddur. Bunların hər biri müəyyən quruluşa malikdir.

Qeyd etdiyimiz kimi, pedaqoji fəaliyyətin subyekti müəllim-dir, yəni öyrədən, bilik verən, istqamət verən, məsləhət verən, yol göstərən, tərbiyə edəndir.
Pedaqoji ədəəbiyyatda müəllimə bir çox təriflər verilmişdir.

Müəllimə məhdudgeniş mənada aşağıdakı kimi tərif verilir:


Məhdud mənada müəllim dedikdə, kiməsə nəyisə öyrədən, məsləhət və istiqmət verən şəxs başa düşülür. Kiməsə – şagirdə tələbəyə, müdavimə və s.; nəyisə – tarixi, ədəbiyyatı, riyaziyyatı və


  1. öyrədən, bu sahədə düzgün məsləhət və istiqamətlər verən şəxs başa düşülür.


Geniş mənada müəllim dedikdə, xüsusi təhsil görmüş, tədris müəssisələrinin birində insanaları bilik, bacarıq və vərdişlərlə silahlandıran, onlara yol göstərən, istiqamət verən savadlı, bilikli, mədəni, geniş və hərtərəfli dünyagörüşə malik şəxs başa düşülür.

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin