Mühazirələr bakalavr pilləsi üçün Pedaqogika elminin obyekti və predmeti Pedaqogikanın anlayışlar sistemi



Yüklə 0,91 Mb.
səhifə21/130
tarix02.01.2022
ölçüsü0,91 Mb.
#41703
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   130
Pedaqogika mühazirələr

İki yaşında olan uşaqlar hər ay öz çəkilərini 170-190 qram, boylarını isə 1 sm artırırlar. İki yaşa yaxınlaşanda uşağın çəkisi orta hesabla 12 və ya 7 kq, boyu 85-86 sm olur. İki yaşlı uşağın 20 ədəd süd dişi olur. Sinir sisteminin iş qabliyyəti artır. Sutkalıq yatmaq vaxtı 14 saatdan 12,5 saata enir.
Bu dövrdə uşaqlarda inkişaf davam edir, lakin bu proses mü-əyyən qədər zəifliyir. Uşaq 1,5 yaşında olanda 3-3,5 saat, ikinci ilin

sonunda isə 5 saat oyaq qala bilir. Orqanizm möhkəmlənir, müqavi-məti artır, ona görə də uşağın xəstələnmə ehtimalı da azalır. Bu yaş-da uşağın oyununu təşkil edərkən ona müxtəlif ölçülü toplar, araba-cıqlar və s. vermək olar. Bu dövrdə uşaqlarda öyrənmə həvəsi artır, müşahidəçilik qabliyyəti güclənir, xüsusən, görmə həsaslığı xeyli çoxalır. İkinci ilin sonuna yaxın uşaqlarda hərəkət daha da inkişaf edir. Onlar çevik və cəld hərəkətlər edirlər. Həyatın ikinci ilində uşaqlarda öyrənmə güclənir. Bu yaşda olan uşaqların həyatında oyun böyük əhəmiyyət kəsb edir. Oyun zamanı uşaqlar müxtəlif əş-yalarla rəftar etmək bacarığına yiyələnirlər. Bu da uşaqlarda müstə-qil hərəkəti inkişaf etdirir, eləcə də onlar adamlarla qarşılıqlı müna-sibəti öyrənir, ətraf mühit haqqında isə təsəvvürləri genişlənir. Oyuncaqların sistemlə düzülməsi oyun zamanı onlardan səmərəli istifadə etməyə şərait yaradır.


İki yaşında olan uşaqlarda nitq inkişaf edir və təkmilləşir. Yaş yarımlıq uşaq cəmi 30-40 söz öyrənir. Bəzən bir sözlə müəyyən bir fikri ifadə edir. Çox vaxt sözləri düzgün ifadə etmir, kəkələyir, onun nə demək istədiyini yalnız yaxın adamlar, xüsusən ata-anası tez ba-şa düşür. İki yaşın sonunda uşaq 300-ə qədər söz işlədir ki, bunlar-dan bəziləri hətta əşyaların keyfiyyətinə aid olur. Onun nitqində qısa cümlələr tədricən geniş yer tutmalıdır.
Üç yaşında uşaqlarda oyaq qalma vaxtı artaraq 6-6,5 saat olur. Onlarda gəzinti vaxtı da artır, çünki, onlar daha müstəqil olurlar. Birinci gəzinti 2 saat, ikinci gəzinti 1,5 saat olur.
Uşaq üç yaşında olanda onun fiziki inkişafı ləng gedir. Bir ildə uşağın çəkisi orta hesabla 2-2,5 kq, boyu isə 7-8 sm artır, lakin onlar artıq daha möhkəm və dözümlü lurlar. Bu yaşda uşaq 6 saat-dan 6,5 saata kimi oyaq qala bilir.
Bu yaşda uşağın yeriməsi xarakter alır, tədricən artıq hərə-kətlər yox olur, “dayan” işarəsi ilə uşaq hərəkətlərini ləngidir. Uşaq müstəqil geyinir, soyunur, əl-üzünü yuyur, karandaşla işləyir, yap-ma işləri görür. Yaxşı işdən sevinir, müvəffəqiyyətsizlik baş verdik-də kədərlənir.

Üç yaşında uşağın nitqi yaxşılaşır, xatirələr danışır, nəticə çı-xarır, təbiət hadisələrinə öz münasibətini bildirir, göy guruldayanda “yağış yağacaq” deyir. Üç yaşda uşaqda lüğət ehtiyyatı zənginləşir,

1200-1300 sözdən istifadə edir, böyüklərin dediyi sözü təkrarlayır, öyrəndiyi şeiri yadda saxlayır və yada salır, nitq hissələrindən baca-rıqla istifadə edir. Bu yaşda uşaqların nitq inkişafını, ətraf mühitə münasibətini formalaşdırmaq üçün didaktik vəsait komplektindən istifadə etmək çox faydalıdır. Həyatının üçüncü ilində uşağın inki-şafı xeyli ləng gedir. Üçüncü ilin sonunda uşağın 93-94 sm, çəkisi 14 -15 kq olur. Uşaqların boyu əsasən qılçaların uzanması hesabına artır.


Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin