Pedaqogikanın psixologiya ilə əlaqəsi. Pedaqogika iləpsixo-logiyanın əlaqəsini təmin edən insanın psixikasıdır: psixikanı hər iki elm tədqiq edir. Psixikanın inkişaf qanunauyğunluqlarını və mərhə-lələrini əsasən psixologiya, təlim və tərbiyə zamanı psixikanı mak-simum inkişaf etdirməyin yollarını isə pedaqogika öyrənir. Təlim və tərbiyə zamanı uşaqların psixikasında baş verən dəyişikliklər nə qədər dərindən öyrənilir və nəzərə alınırsa, çıxarılan nəticələr və ve-rilən məsləhətlər bir o qədər əsaslı olur. Psixikanın, yəni qavrayışın, təxəyyülün, təfəkkürün, iradənin, diqqətin və digər psixi proseslərin və psixi xüsusiyyətlərin necə formalaşdığına psixologiya cavab verirsə, pedaqogika onları nəzərə alaraq nə öyrətmək, nə vaxt və necə öyrətmək suallarına cavab verir. Pedaqogika psixoloji biliklərə istinad etdiyi kimi, psixologiya da pedaqoji bilikləri nəzərə alır.
Pedaqogika və psixologiya bir-birinin köklü müddəalarını – pedaqogika uşaq psixikasını, psixologiya isə pedaqogikanın təlim və tərbiyə nəzəriyyəsini; pedaqogika psixikanın inkişaf nəzəriy-yəsini, psixologiya isə psixikanın inkişafında təlim və tərbiyənin roluna dair nəzəriyyəni və s. nəzərə alır.
Təhsillə bağlı nə nəzəri, nə də praktik problemlərin həlli baxı-mından pedaqogika və psixologiyanın əlaqəsini nəzərə almamaq mümkün deyildir. Ə.Paşayev və F.Rüstəmov yazırlar: “Biz bu qar-şılıqlı asılılığı obrazlı şəkildə belə ifadə edirik: pedaqogika psixolo-giyasız “kasıbdır”, psixologiya isə pedaqogikasız “acdır”. Psixolo-giya üçün predmet hesab olunan pedaqogika üçün şərtdir və ya ək-sinə, pedaqogika üçün predmet hesab olunan psixologiya üçün şərt-dir, yəni psixikanı inkişaf etdirmək üçün təhsil şərtdir, təhsil vermək üçün isə psixikanın inkişaf qanunauyğunluqlarını bilmək şərtdir.”