Mühazirələr bakalavr pilləsi üçün Pedaqogika elminin obyekti və predmeti Pedaqogikanın anlayışlar sistemi



Yüklə 0,91 Mb.
səhifə6/130
tarix02.01.2022
ölçüsü0,91 Mb.
#41703
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   130
Pedaqogika mühazirələr

Təlim anlayışı. Təlim ərəb sözüdür. ﻢﻠﻋ “aləmə” kökündən olan ﻢﻴﻠﻌﺘ “təlim, öyrətmə, elmi nəzəriyyə” mənalarında işlədilir. Təlim - öyrədənlə öyrənənlər arasında qarşılıqlı fəaliyyətə əsaslanan pedaqoji proses olaraq, öyrədən şəxsin öyrənənlərdə şüurun, intel-lektual səviyyənin, mənəvi, əxlaqi və psixoloji keyfiyyətlərin inkişafına, bilik, bacarıq və vərdişlərin mənimsənilməsinə istiqamət verir, əlverişli şərait və imkan yaradır.

Təlim ikitərəfli pеdaqоji prоsеsdir: öyrədənlə öyrənənlər ara-sında qarşılıqlı, məqsədyönlü, planlı pedaqoji fəaliyyətdir. Öyrədən şəхs təlim zamanı üç istiqamətdə fəaliyyət göstərir:




  1. Bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təşkil еdir, bu məqsədlə məsləhət və istiqamətlər verir;




  1. Həmin bilik və bacarıqlar vasitəsilə öyrənən şəхslərdə şüurun, psiхikanın, intellektual səviyyənin inkişafına diqqət yеtirir;




  1. Zəruri оlan mənəvi, əxlaqi, psixoloji kеyfiyyətlərin aşılan-ması qayğısına qalır.

Təlim həm təhsilləndirici, həm tərbiyəedici, həm də inkişaf-etdirici vəzifələri kompleks həyata keçirir.


Diferensial təlim - Təhsilalanın şəxsiyyətinə yönəlmiş təli-mdir. Diferensial təlim – təlimi fərdiləşdirməyə imkan verir.
Təlimdə diferensiasiya bir neçə istiqamətdə aparıla bilər:


  1. Təhsilalanların qabiliyyətlərinə görə (ümumi qabiliyyətlər xüsusi qabiliyyətlər və s. ).




  1. Təhsilalanların maraqlarına görə.

  2. Təhsilalanların ixtisasına görə.

Diferensial təlim müxtəlif səviyyəli təlim – təhsil-tərbiyə prosesinin elə təşkilini nəzərdə tutur ki, hər bir təhsilalanın tədris materialını öz qabiliyyətinə və öz imkanlarına uyğun şəkildə mə-nimsəmək imkanı əldə etsin


Bu halda baza bilikləri müxtəlif səviyyələrdə mənimsənilmiş olur. Təhsilalanın təlim-idrak fəaliyyəti qiymətləndirilərkən, onun səyi və yaradıcılığı nəzərə alınır.
Orta ümumtəhsil məktəblərində təlim prosesi müəllimin rəhbərliyi altında şagirdlərin həyata hazırlanmasını sürətləndirmək məqsədilə onların təhsil, tərbiyə və inkişaflarını daha səmərəli təmin etməyə istiqamətləndirilən elə pedaqoji prosesdir ki, burada şagird-lərin imkanlarına uyğun inkişaf dərəcəsində əqli və əməli fəaliyyətə cəlb olunma aktları qanunauyğun şəkildə biri digərini əvəz edir. Təlim qarşıya qoyulmuş məqsədə müvafiq olaraq şagirdlərin bilik, bacarıq, vərdişləri mənimsəməsinə, əqli qabiliyyətləri və potensial imkanlarının inkişafına, özünütəhsil bacarıqlarının möhkəmləndiril-məsinə, onlarda dünyagörüşün formalaşdırılmasına xidmət edir. Tə-lim təhsilalma prosesi kimi anlaşıla bilər. Təlim prosesində şagirdlər elmi bilikləri mənimsəyir, müəyyən bacarıq və vərdişlər əldə edirlər.

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin