Məktəbəqədər təhsil
Məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, ailənin və cə-miyyətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyə-lənməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasi-bətinin formalaşmasını təmin edir. Məktəbəqədər təhsil müvafiq təhsil proqramı əsasında həyata keçirilir, məktəbəqədər təhsil üç yaşdan başlayır. Beş yaşlı uşaqlar üçün məktəbə hazırlıq qrupları zəruridir. Məktəbə hazırlığın təşkili qaydaları müvafiq icra orqanı tərəfindən müəyyən edilir. Məktəbəqədər təhsil uşağın valideynlə-rinin və ya digər qanuni nümayəndələrin arzusu ilə məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil müəssisələrinin müvafiq struk-turlarında və ya ailədə həyata keçirilə bilər. Məktəbəqədər yaşlı uşaqları evdə tərbiyə edən ailələr üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq qaydada metodiki və diaqnostik məsləhət və əlaqələndirmə xidməti təşkil edilir.
Dostları ilə paylaş: |