İlk peşə-ixtisas təhsili
İlk peşə-ixtisas təhsili - əmək bazarının tələbatına uyğun ola-raq, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif sənətlər və kütləvi peşələr üzrə ixtisaslı işçi kadrların hazırlanmasını təmin edir. İlk peşə-ixtisas təhsili mülkiyyət formasından asılı olmayaraq peşə-ixtisas təhsili müəssisələrində və təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan ayrı-ayrı təşkilatların, müəssisələrin, əmək birjalarının, məşğulluq idarələrinin və digər müvafiq qurumların təhsil strukturlarında həyata keçirilir və məzunlara müvafiq istiqa-mətlər üzrə ilk peşə dərəcələrinin verilməsi ilə başa çatır. İlk peşə-ixtisas təhsili müvafiq təhsil proqramları əsasında təşkil olunur. İlk peşə-ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında qə-bul olunanlar peşə ixtisası ilə yanaşı, tam orta təhsil almaq hüququ-na malikdirlər.
Dostları ilə paylaş: |