Ümumi təhsil
Ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrə-dilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir. Ümumi təh-sil təhsilalanların fiziki və intellektual inkişafına, zəruri biliklərə yi-yələnməsinə, onlarda sağlam həyat tərzinə və sivil dəyərlərə əsasla-nan vətəndaş təfəkkürünün formalaşmasına, milli və dünyəvi də-yərlərə hörmət hissinin aşılanmasına, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrinin müəyyən edilməsinə imkan yaradır. Ümumi təhsil müvafiq təhsil proqramları əsasında həyata keçirilir. Azərbaycan Respublikasında ümumi təhsil, ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir. Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəsinə ke-çid qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Ümumi təhsil ümumtəhsil məktəblərində, xüsusi təmayüllü təhsil müəssisələrində, gimnaziyalarda, liseylərdə, ilk peşə-ixtisas və orta ixtisas təhsili müəssisələrində, habelə ali təhsil müəssisə-lərinin tabeliyində yaradılan məktəblərdə həyata keçirilir. Ümumi təhsil sistemində təhsilalanların fiziki inkişafını təmin etmək və müxtəlif yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək məqsədi ilə məktəbdənkənar təhsil proqramları tətbiq olunur.
İbtidai təhsilin məqsədi təhsilalanlara oxumaq, yazmaq və he-sablama bacarıqları aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haq-qında ilkin həyati biliklər, məntiqi təfəkkür elementləri, estetik, bə-dii zövq və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir. İbtidai təhsil müvafiq təhsil proqramına əsasən həyata keçirilir. Azər-baycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır. Vali-deynlərin və uşaqların digər qanuni nümayəndələrinin arzusu ilə təhsil müəssisəsi istedadlı uşaqları müvafiq icra hakimiyyəti orqanı-nın müəyyən etdiyi qaydada daha erkən yaşda qəbul edə bilər.
Ümumi orta təhsilin məqsədi təhsil alanların şifahi nitq və yazı mədəniyyətinin, ünsiyyət bacarığının, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, təhsil proqramına daxil olan fənlər üzrə və eləcə də dünya svilizasiyasının inkişafı haqqında müvafiq
bilik və təsəvvürlərinin formalaşdırılmasını, müasir informasiya-kommunikasiya vasitələrindən istifadə etmək qabiliyyətini, hadi-sələri qiymətləndirmək və öz gələcək fəaliyyət istiqamətlərini mü-əyyənləşdirmək bacarığını təmin etməkdən ibarətdir. Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir və müvafiq təhsil proqramına əsasən həyata keçirilir.
Ümumi orta təhsil səviyyəsində yekun qiymətləndirmə aparı-lır və təhsili başa vuran təhsil alanlara müvafiq dövlət sənədi verilir. Ümumi orta təhsil haqqında sənəd təhsilin növbəti pillədə və səviy-yədə davam etdirilməsi üçün əsas sayılır.
Tam orta təhsil səviyyəsində təhsil alanların istedad və qabi-liyyətinin reallaşdırılması, müstəqil həyata və peşə seçiminə hazırlanması, fəal vətəndaş mövqeyinin, milli və ümumbəşəri də-yərlərə, insan hüquqlarına və azadlıqlarına hörmət hissinin və tolerantlığın formalaşdırılması, müasir informasiya-kommunikasiya texnologiyalarından və digər texniki vasitələrdən sərbəst istifadə etməsi, iqtisadi biliklərin əsaslarına yiyələnməsi, xarici dillərdən birində, yaxud bir neçəsində ünsiyyət saxlaması və s. təmin olunur. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Tam orta təhsil səviyyəsində təhsilin təmayülləşməsi (humanitar, texniki, təbiət və digər) təmin olunur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Attestasiyanın nəticələrinə görə məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd-attestat verilir.
Ümumiliyi, vahidliyi, əmək istiqamətli olması, politexnik xarakter daşıması, milli mədəniyyətə istinad etməsi, fərdi qabi-liyyətləri nəzərə alması ümumi orta təhsilin başlıca xüsusiyyət-lərindəndir. Milliyyətindən, dilindən, mənşəyindən, dinindən asılı olmayaraq hər bir oğlanın, hər bir qızın öyrənməli olduğu zəruri bi-liklərin, bacarıq və vərdişlərin, davranış qaydalarının məcmusu ümumi təhsilin məzmununu təşkil edir. Ümumi təhsil imkan verir ki, gələcək peşəsindən, ixtisasından asılı olmayaraq hamının şəxsiyyəti normal inkişaf edə bilsin. Ümumi təhsil cəmiyyətdə adamların bə-rabər mövqe tutmalarına şərait yaradır.
Dostları ilə paylaş: |