Qiymətləndirmənin müxtəlif üsul və formaları. Test tapşı-rıqları. Dərslərdə qiymətləndirmə üçün müəllim tərəfindən hazır-lanmış işçi vərəqindən istifadə etmək olar. İşçi vərəqindəki tapşı-rıqlar iki növə ayrıla bilər:
müəyyən konkret cavabı olanlar (testlər). Məsələn: (1və2 test)
problemlərə münasibətlərin, onların məqbul, ağlabatan şə-kildə qiymətləndirilməsini nəzərdə tutanlar (açıq suallı tapşırıq-lar). Bu axırıncı tapşırıqlar müəyyən dərəcədə şagirdlərin bəzi şəxsi xüsusiyyətlərinin öyrənilməsi vasitəsi rolunu oynaya və onlar tərə-findən özünü dərk etmək üçün istifadə oluna bilər.