Təlimin tərbiyəedici funksiyasının təmin olunması daha mürəkkəbdir. Təlimin tərbiyəedici xarakteri onun funksiyasında hə-yata keçirilir. Bu, təlimin müxtəlif funskiyaları içərisində mərkəzi, aparıcı xətt hesab olunur.
Bu, pedaqogikada ən sadə, hamının dərk edə biləcəyi bir həqi-qətdir, nəinki müasir, hətta klassik didaktikanın əsas, başlıca prinsip-lərindəndir. Sözügedən həqiqəti dönə-dönə qeyd etməklə məqsəd onu sadəcə xatırlamaq deyil, yüksək səviyyədə həyata keçirməyə diqqət yönəltməkdir. Şagirdlərə müəyyən bilik vermək, onun yadda qalma-sına nail olmaq, onlarda bacarıq və vərdişlər aşılamaq, sonralar isə möhkəmləndirmək elə bir çətinlik törətmir, lakin burada tərbiyəvi effekti dəqiq müəyyənləşdirmək lazımdır. Həm də bu vəzifəni əldə etmək, təlimin tərbiyəedici göstəricisinə nail olmaq o qədər də asan məsələ deyil. Vaxt vardı ki, dərsdə tərbiyəedici “momentlər” haqqın-da çox danışır və yazırdılar. Unutmaq olmaz ki, hər hansı bir təlim, hətta nə qədər formal keçsə belə, uşağın qəlbində müəyyən iz qoyur.
Dostları ilə paylaş: |