Təlimdə əməkdaşlıq prinsipi. Təlimdə müəllim və şagird fəa-liyyəti bir-birini şərtləndirir. Təlim zamanı müəllim və şagirdlərin fəaliyyətləri arasında mürəkkəb və çoxcəhətli qarşılıqlı əlaqə möv-cuddur. Şagirdlərin idrak və tədris fəaliyyətinin xüsusiyyətləri müəllimin təlim fəaliyyətindən asılı olduğu kimi, müəllimin təlim fəa-liyyətinin sürəti və keyfiyyəti də şagirdlərin ona münasibəti ilə, on-ların tədris fəaliyyətlərinin səviyyəsi ilə şərtlənir. Başlıcası budur ki, şagirdlərin rəğbətini qazanan, onların ehtiyacını duyan, onlara va-lideyn qayğısı göstərən, şəxsiyyətlərinə hörmət edən,bir sözlə şagird-ləri ilə əməkdaşlığa hazır olan müəllim öz yetirmələrinin həqiqi tər-biyəçisinə, məsləhətçisinə, müdrik yaşlı yoldaşına çevrilir. Şagirdlər bu cür müəllimi səbrsizliklə gözləyir, böyük məmnuniyyətlə onunla ünsiyyətə girir, fikir və hisslərini belə müəllimlə bölüşdürürlər. Şagirdlər məhz bu cür müəllimin fənnini sevir, həvəslə tədris fəa-liyyətinə qoşulurlar. Odur ki, şagirdə təlimin fəal iştirakçısı kimi bax-maq lazımdır. Müəllim şagirdlərlə əməkdaşlıq etməli, onların tədris fəaliyyətini təşkil etməli, lazımi yardım və qayğı göstərməlidir.