Mühazirələr bakalavr pilləsi üçün Pedaqogika elminin obyekti və predmeti Pedaqogikanın anlayışlar sistemi


Şagird xüsusiyyətlərinin nəzərə alınması prinsipi



Yüklə 0,91 Mb.
səhifə81/130
tarix02.01.2022
ölçüsü0,91 Mb.
#41703
növüMühazirə
1   ...   77   78   79   80   81   82   83   84   ...   130
Pedaqogika mühazirələr

Şagird xüsusiyyətlərinin nəzərə alınması prinsipi klassik didaktikada müyəssərlik prinsipi kimi formalaşmışdır: “Yaşauyğun olmayan heç bir şeyi zorla qəbul etdirmə” (Y.A.Komenski), “Şa-girdlərə hələ müyəssər olmayan şeyi heç vaxt öyrətmə” (A.Dister-veq), “Uşaq öyrənmək üçün yetişməkdən əvvəl onu öyrətməyə başlamayın” (K.D.Uşinski)- hazırda bu cür yanaşma məhdud sayılır. Təlim, onun müxtəlif və mürəkkəb funksiyaları yalnız o zaman sə-mərəli olar ki, müasir şagirdin yalnız yaş xüsusiyyətlərini deyil, ha-belə onun bütün mühüm imkanları da nəzərə alınsın.
Əlbəttə, şagirdlərin idrak və əməli fəaliyyəti üçün təklif edilən məzmun, üsul və məsələlərin müyəssərliyi tələbi təlimə verilən zə-ruri tələbdir, lakin işin müvəffəqiyyətini təkcə bu tələb həll etmir. Təlimi şagirdlərin ən münasib inkişaf səviyyəsi üzərində qurmaq və müəyyən yaşda olan uşaqların yalnız əldə etmiş olduqları bilik və bacarıqlara əsaslanmayıb, yeni yaranmış olan şeylərə doğru yol aç-maq, inkişafın önündə getmək lazımdır. Müyəssərlik heç də təlimin asan olması demək deyildir. Əlbəttə, təlim şagirdin imkanları həd-dini aşmamalıdır, lakin uşaqları çətinlik qarşısında qoymaq, bu çə-tinliklərə üstün gəlməyi onlara öyrətmək müasir təlimin yeganə düzgün yoludur.

Əqli inkişafın ikinci səviyyəsində isə uşaq bir növ yaşlıların, müəllimin köməyi ilə daha yüksək nailiyyət əldə edə bilir. L.S.Vı-qotski bu münasibətlə yazır: “Uşaq nəyi ki, yaşlıların köməyi ilə et-mək iqtidarındadır, bu onun yaxın inkişaf zonasını göstərir...


Beləliklə, yaxın inkişaf zonası uşağın sabahkı gününü, onun inkişafının dinamik vəziyyətini müəyyənləşdirməkdə bizə kömək göstərir”.
Şagirdlərin fərdi imkanlarına dair göstəricilərin siyahısından görmək olar ki, təlim prosesinin gedişinə bu göstəricilərin nə qədər
əhəmiyyətli və böyük təsiri vardır, müəllimin bu prinsipi rəhbər tut-ması nə qədər zəruridir.

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin