Mühazirələr bakalavr pilləsi üçün Pedaqogika elminin obyekti və predmeti Pedaqogikanın anlayışlar sistemi


Təlimdə sistemlilik və ardıcıllıq prinsipi



Yüklə 0,91 Mb.
səhifə79/130
tarix02.01.2022
ölçüsü0,91 Mb.
#41703
növüMühazirə
1   ...   75   76   77   78   79   80   81   82   ...   130
Pedaqogika mühazirələr

Təlimdə sistemlilik və ardıcıllıq prinsipi. Təlimdə elmilik, sistemlilik, varislik bilik, bacarıq və vərdişlərin ardıcıl surətdə inki-şafı üçün yalnız yeni biliklər arasında deyil, habelə tam, vahid sis-temin ünsürləri olmaq etibarilə əvvəlki biliklər arasında da müvafiq əlaqə yaratmaq üçün keçilmiş materiala arxalanmaqda səciyyələnir. Əsl sistem varislik və fənlərarası əlaqələr yaradılmadan mümkün deyildir. Sistemlilik materialın ardıcıl surətdə yerləşdirilməsi ilə tə-min edilir. Sistematiklik və ardıcıllıq aşağıdakı elmi müddəalara əsaslanır:
1. Xarici aləm bir-biri ilə qarşılıqlı əlaqədə olan cisim və hadi-sələrin sistemindən ibarətdir. Xarici aləmin mənzərəsi beyində an-caq dəqiq əks (inikas) olunan zaman insan həqiqi biliklərə yiyələnir.
2. Mütəşəkkil qaydada təşkil olunan təlim elmi biliklər siste-mini formalaşdırmağın universal vasitəsi və yoludur.
3. Elmi biliklər sistemi tədris materialının daxili məntiqi ilə yaradılır və şagirdlərin idraki imkanları ilə müəyyən olunur.
4. Təlim prosesində atılan hər bir addım arasında fasilələr, ar-dıcıllığın pozulması halları və idarə olunmaz momentlər nə qədər az olarsa, təlim prosesi bir o qədər uğurlu keçər və yüksək nəticələr verər.
5. Vərdişlər sistematik tətbiq olunmazsa, öz keyfiyyətlərini iti-rə bilər.
6. Şagirdləri məntiqi təfəkkürə alışdırmasaq, onlar özlərinin fikri fəaliyyətində həmişə çətinlik çəkərlər.

Təlimdə sistem və ardıcıllıq gözlənilməzsə, şagirdlərin inki-şafı prosesi ləngiyər.



Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin