Təlim sisteminin əsas komponentlərindən biri təlim materialı-nın məzmunudur. “Təlim materialının məzmunu” dedikdə şagirdə “Nəyi öyrətmək, nəyi aşılamaq lazımdır?”- sualına verilən düzgün cavab başa düşülür. Onu təlim prosesinin məzmunu ilə qarışıq sal-maq olmaz. Müəllimin rəhbərliyi altında həyata keçirilən təlim pro-sesinin məzmununa müəllimin fəaliyyəti, şagirdlərin fəaliyyəti və təlim materialının məzmunu daxildir.
Təlim materialının məzmunu özündə başlıca olaraq dörd ele-menti-biliklər sistemini, bacarıq və vərdişlər sistemini, yaradıcı fəa-liyyət təcrübəsini, münasibətlər sistemini əhatə edir. Bu dörd ele-ment qarşılıqlı münasibətə girərək bəşər təcrübəsinin zəruri hissəsi-ni özündə saxlayan təlim materialının məzmununu əmələ gətirir.
Hər bir tarixi dövrdə təhsilin məqsədi mövcud ictimai müna-sibətlərin xarakteri, konkret səviyyəsi və inkişaf perspektivləri əsa-sında müəyyən edilir. Həmin məqsədə nail olmaq üçün, hər şeydən əvvəl, şagirdə verilməli bilik, bacarıq və vərdişlər, aşılanmalı müna-sibətlər müəyyənləşdirilir. Təhsilin məzmunu onun qarşısında duran məqsədə çatmaqdan ötrü vasitə yerində çıxış edir. Elmin sistemi, təhsilin məqsədi və şagirdlərin imkanları qarşılıqlı əlaqədə təhsilin məzmununu müəyyən edir. Təlim təhsilin həyata keçirilməsi prose-sidir (təhsilin həyata keçirilməsi texnologiyası kimi baxmaq olar), təlim materialının məzmunu ilə təhsilin məzmunu anlayışları ey-nigüclüdür.
Təlim materialı seçilib sistemləşdirilərkən aşağıdakılar nəzərə alınır:
Elmin tarixi inkişafında anlayış, qanun, prinsiplər hansı ar-dıcıllıqla əldə edilmişdirsə, tədris fənnində də həmin ardııllıq əsasən gözlənilir;
Tədris fənninin məzmunu elmin nailiyyətləri baxımından müəyyən edilir;
Tədris fənninin məzmunu şagirdlərin əqli inkişafı baxımın-dan formalaşdırılır.