Mühazirələr Fakültə: İncəsənət Kafedra: Musiqinin tarixi və nəzəriyyəsi Müəllim: Rumiyyə Məmmədova



Yüklə 67,5 Kb.
səhifə1/9
tarix02.01.2022
ölçüsü67,5 Kb.
#46530
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9
movzu12


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ

Mühazirələr
Fakültə: İncəsənət

Kafedra: Musiqinin tarixi və nəzəriyyəsi

Müəllim: Rumiyyə Məmmədova

Kurs:______əyani________ II____

Fənn: Xarici musiqi tarixi

Mövzu: 12. Bethovenin simfonik yaradıcılığı
Plan:

1. Bethovenin yaradıcılığında simfoniya janrı

2. III simfoniya

3. V simfoniya

4. VI simfoniya

5. XI simfoniya
1. Bethovenin yaradıcılığında simfonik janr xüsusi yer tutur. Onun simfonik yaradıcılığı, əsasən də simfoniyaları dünya musiqi mədəniyyətində yüksək zirvədə durur. Simfoniyaya ədəbi-fəlsəfi dərinlik verən ilk bəstəkar Bethovendir. Bəstəkarın simfoniyaları demokratik-inqilabi dərinliyi ilə daim fərqlənir.

Bethovenin simfonizmi Vyana klassiklərinin yaradıcılığı ilə sıx bağlıdır. O, Haydn və Motsartın simfonik prinsiplərini yeni səpkidə inkişaf etdirmişdir. Bütün həyatı boyu bəstəkar 9 möhtəşəm simfoniya yazmışdır. Bu 9 simfoniya sanki bir məcmuəni xatırladır. I simfoniya ilə bəstəkar sanki yeni bir dövrün açılışını xəbər verir, II, III, V simfoniyaları inqilabi, mübariz ruhdadır. IV, VI, VII simfoniyalarında insanın daxili aləmini və ətraf mühitlə qarşılıqlı əlaqəsini təsvir edib. IX simfoniyada isə Bethoven mübarizə ruhunu ümumdünya səviyyəsinə qaldırır.

Bethovenin simfonik yaradıcılığında onun uvertüraları “Koriolon”, “Leonora” xüsusilə də “Eqmont” üvertürası görkəmli yer tutur.

Bethoven simfoniyanı əsl dramatik instrumental janra çevrimişdir. Klassik simfoniyanın 3-cü hissəsi olan menueti skerso ilə əvəz etmişdir.




Yüklə 67,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin