Sonata № 8. c-moll – “Patetik”
Bu sonata bəstəkarın ən məşhur əsərlərindəndir. Bəstəkar tərəfindən “Patetik” adlandırılan bu sonata inqilab ideyaları ilə zəngindir. Karl Lixnovskiyə həsr edilib. Bethovenin 5-ci, 8-ci, 32-ci sonataları “patetik” xarakterli sonatalar qruppuna aiddir. Yəni həmin sonatalara dramatizm, gərginlik xasdır.
c-moll sonatasında bütün hissələr girişin mövzusundan doğur. Girişin tematik materyalı sonatanın ayrı-ayrı hissələrində bir leytobraz kimi səslənir. Girişin dramatikliyinin əsas səbəblərindn biri də onun ritmikasıdır. Bəstəkar sinkopanın bütün strukturlarından istfadə etmişdir.
I hissə Grave klassik ənənələrə uyğun olaraq sonata-allegro formasında yazılıb. Burada girişin mövzusundan əsas partiya öz başlanğıcını götürür, köməkçi partiya isə əsas partiyadan törəyir. II hissə “adagio cantable” As-dur, III hissə Rondodur.
№ 14. cis-moll “Ay sonatası”
Bethovenin ən məşhur sonatalarındandır. Bəstəkar özü bu sonatanı “sonata-fantaziya” adlandırmışdı. “Ay sonatası” adını isə əsərə Bethovenin pərəstişkarı şair Z.Relştab vermişdir. Əsər 1801-1802-ci illərdə yazılıb.
Sonata girişsizdir. Lirik xarakterli, asta templi birinci hissə ilə başlayır. II hissə Alleqretto- zərif incə menuetdir, dramatizm yoxdur, III hissə Presto- Final dramatik cizgilidir. Sonata alleqro formasında yazılmışdır. Dramatizm həyəcanlı xarakterə malikdir.
№ 17. sonata d-moll
Bu sonatada sevinc və kədərin mübarizəsi əks olunmuşdur.
I hissə Largo- alleqro tempində, dramatik xarakterdədir.
II hissə Adagio- sakit xarakterlidir
III hissə Final həyəcanlı xarakterlidir.
№ 21. sonata C-dur “Avrora”
Bu sonatanı Bethoven III qəhrəmani simfoniyası ilə bir dövrdə yazmışdır. Ona görə də hər iki əsər arasında ümumi yaxınlıq var.
I hissə -Allegro con brio- qüdrətli və parlaqdır. Əsas və bağlayıcı partiyanın mövzusu sadə ritmə malikdir.
II hissə Adagio molto
II hissə Andante
IV hissə Final –Allegro maderato- Rondo formasında yazılıb. Bu hissıədə bsətkar alman xalq melodiyalarından istifadə etmişdir.
№ 23. sonata f-moll “Appasionata”
Sonata 1804-06-cı illərdə yazılıb. Bu əsərə “Appasionata” adının kim tərəfindən verildiyi dəqiq məlum deyuil.sonatada qəhrəmanlıq, inqilab və simfonik prinsipli inkişaf hökm sürür. Bəstəkar burada orkestr səslənməsinə malik ahəng yaradıb. Bu əsəri “Şekspirsayağı” adlandırmaq olar.
Bethoven bu sonatasında I hissədə ekspozisyanın təkrarından imtina edib.
I hissə- Allegro assai. Bu hissə tutqun faciəli mövzudan yaranır. Daha sonra verilən yeni motiv “həyatın zərbəsi” təsirini bağışlayır. Hətta V simfoniyadakı “tale qapını döyür” motivi ilə çox yaxındır.
II hissə Andante con moto variasiyalarla mövzudur.
III hissə Allegro non troppo- sonata allegro formasında yazılıb. Obraz dərinliyi ilə fərqlənir.
Dostları ilə paylaş: |