IV simfoniya B dur poetik obrazları, baharın və gəncliyin poeziyasını, həyatın sevinclərini özündə cəmləşdirir.
3. V simfoniya c moll
Motsarta musiqi şairi, Bethovenə isə musiqi filosofu deyirlər. “Tale Simfoniyası” adlanan Beşinci simfoniyasında fəlsəfəni ən incə nüanslarına qədər ifadə edir. Bu əsər insanların taleləri ilə apardıqları mübarizənin hekayəsidir. Əvvəlcə insanın taleyə qarşı apardığı mübarizədə qalib gələcəyi görünsə də, sonda tale qalib gəlir. V simfoniyada qəhrəmanlıq mövzusu daha dramatic səpkidə əks olunmuşdur. Simfonik silsilənin bütövlüyü baxımından da bu simfoniya daha mükəmməldir.
V simfoniya c-moll tonallığında 1804-1808-ci illərdə yazılmışdır. Onun girişi özünün əzəməti ilə yadda qalır. Bu hissə “Tale qapını döyür” kimi xarakterizə olunaraq taleyin çağırışı kimi səslənir.
V simfoniyanın I hissəsi Allegro con brio sonata allegro formasında yazılıb, II hissə Andante con moto ikili variasiya formasında As-dur tonallığındadır. III hissə skertso allegro c-moll-da, IV final hissə Allegro sonata formasında C-dur tonallığında yazılın. V simfoniya məzmununa görə bəstəkarın “Patetik” sonatası ilə yaxındır.
Dostları ilə paylaş: |