2. Əmək bazarının formalaşması Əməkbazarı dedikdə, əmtəə, iş və xidmətlər istehsalı şəraitində əmək resurslarının, yaxud işçi qüvvəsinin əmək potensialının təkrar istehsalı ilə əlaqədar formalaşan və fərd iəmək qabiliyyətinin mübadiləsini xarakterizə edən iqtisadi münasibətlər sistemi başa düşülür. Deməli əmək bazarı işçi qüvvəsinin-əmək resurslarının və əməyin deyil, iş qabiliyyəti və qüvvəsinin alqı-satqısını özündə əks etdirir.Əmək bazarının fəaliyyəti və bu bazar növündə dəyişikliklər digər bazar növlərində olduğu kimi iqtisadi qanunların, o cümlədən tələb və təklif qanununun təsiri altında baş verir. Əmək bazarında qiymətlərin formalaşması da məhz tələb və təklif qanununun tələblərinə tabe olur. Yəni bazarda iş qüvvəsinə tələb çox olduqda qiymətlər yüksək, az olduqda aşağı olur. Eyni zamanda təklif artdıqda qiymətlərin səviyyəsində ucuzlaşma müşahidə olunur və əksinə. Tələb və təklifin təsiri və iş qüvvəsinin məhsuldarlığının nəzərə alınması şərti ilə əmək bazarında alqı-satqı tərəfləri arasında tarazlıq qiyməti formalaşır.
1.İş qüvvəsinin təklif göstəriciləri: - əhalinin sayı;
- əmək resursları;
- iqtisadi fəal əhali.
2. İş qüvvəsinə tələb göstəriciləri: - iş yerlərinin sayı;
- istehsal həcmi;
- müəssisələrin gəlirləri.
3. Məşğulluq və işsizlik göstəriciləri:
- məşğul əhalinin sayı;
- işsizlərin sayı;
- işsizlik səviyyəsi.
Əmək bazarının göstəricilər sisteminə həmçinin onun struktur və tarazlıq, iş qüvvəsinin təkrar istehsal, əmək bazarının infrastruktur və səmərəlilik göstəriciləri də daxildir. Əmək bazarının fəaliyyətinin səmərəliliyinin təmin olunmasında onun göstəricilər sisteminin nəzərə alınması və tədqiqi ilə yanaşı seqmentlərinin fəaliyyətinin öyrənilməsi də mühüm əhəmiyyət daşıyır. Əmək bazarı aşağıdakı seqmentlərdən ibarətdir:
- birinci seqment yüksək əmək haqqı səviyyəsinə və iş şəraitinə malik işçilərdən ibarətdir;
- ikinci seqmentdə fəaliyyət göstərənlər daimi və cəlb edilmiş işçilərdən ibarət olsa da adətən burada iş yerlərinin azaldılması müşahidə olunur;
- üçüncü seqment bir növ işsizlərdən ibarətdir.
Əmək bazarının hər bir seqmentinin fəaliyyətində işçilərin təhsili, ixtisası, etnik xüsusiyyətləri, cinsi və yaş qrupları xüsusi rol oynayır. Eyni zamanda rəqabət mühitinin yaradılması, bazarda alqı-satqı prosesində iştirak edən çoxsaylı subyektlərin mövcudluğu və onların fəaliyyətinin sərbəstliyi (bazara sərbəst daxil olma və çıxma imkanları və s.) və s. də əmək bazarının fəaliyyətində, onun səmərəliliyinin yüksəlməsində ciddi əhəmiyyət daşıyır.
Əmək bazarının səmərəliliyi onun infrastrukturu, xüsusilə əmək yarmarkaları ilə birbaşa bağlıdır Ümumi formada məşğulluq əmək qabiliyyətli əhalinin istehsal prosesində iştirakını və fəaliyyətini xarakterizə edir.
Kənd təsərrüfatında məşğulluq özünəməxsus xüsusiyyətlərə malikdir. Bu özünü məşğulluğun tam və natamam (yarımçıq) formalarında büruzə verir. Belə ki, tam məşğulluq istehsalın mövsümlüyündən asılı olmayaraq il ərzində işçi qüvvəsinin işlə təminatını xarakterizə edir (sürücülər, mexaniklər, rəhbər işçilər, mütəxəssislər və s.). Natamam məşğulluq isə ilin müxtəlif istehsal dövrlərində işlə təmin olunmanı bildirir. Kənd təsərrüfatında məşğul əhali qrupuna sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar, muzdla istehsalata cəlb olunmuş işçilər, mövsümi, müvəqqəti və daimi işçilər, köməkçi istehsalatda çalışanlar, müstəqil işçilər və onların ailələri və s. aid edilir. Qeyri-məşğul əhaliyə (işsizlərə) aiddir: könüllü şəkildə işdən imtina edənlər, işdən qovulanlar və s. Qeyd etmək lazımdır ki, işsizlik səviyyəsinin azalması və müvafiq olaraq məşğulluq səviyyəsinin yüksəlməsi bir sıra amillərlə - həm təbii amillərlə, həm də həyata keçirilən müxtəlif tədbirlərlə bağlıdır. Məsələn, infrastruktur obyektlərinin yaradılması və istifadəyə verilməsi, müxtəlif iş yerlərinin açılması iqtisadi yönümlü tədbir olaraq mühüm əhəmiyyət daşıyır. Əhalinin sayının artması yaş qruplarının strukturunda əhəmiyyətli dəyişikliyə səbəb olmaqla əmək qabiliyyətli yaşda olanların xüsusi çəkisinin artması ilə nəticələnir. Kənd təsərrüfatında bu sahənin spesifik xüsusiyyətləri baxımından işsizliyin müxtəlif formaları fərqləndirilir.