Mühazirələr i.ü. f d., dosent Zeynalov M. H. Bakı – 2023


Nəqliyyat və rabitə sektorunun inkişafı



Yüklə 147,54 Kb.
səhifə31/50
tarix23.04.2023
ölçüsü147,54 Kb.
#101754
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   50
Azərbaycan İiqtisadiyyatı mühazirə

2. Nəqliyyat və rabitə sektorunun inkişafı
Nəqliyyat və rabitə sektoru ÜDM-də 7 % həcmində bir paya sahibdir. 2015 cü ildə nəqliyyat xidmətlərinin həcmi bir öncəki ilə nisbətdə 1.6 % azalsa da, rabitə xidmətləri 4,4% artım göstərmişdir. 2008-ci ildə daşınan yükün 56.5% kimi mühüm bir hissəsi avtomobil yolları ilə daşınmışdır. Yüklərin 15.4%-i boru kəməri, 17.8%-i dəmir yolu, və 11.2%-i dəniz yolu ilə daşınmışdır. Daşınan yüklərin 57.8%-i, sərnişinlərin isə 84.7%-i özəl sektora aid nəqliyyat vasitələri vasitəsi ilə həyata keçirilir. 2015-ci ildə daşınan yükün 57.9% kimi mühüm bir hissəsi avtomobil yolları ilə daşınmışdır. Yüklərin 27.7%-i boru kəməri, 9.8%-i dəmir yolu və 4,5%-i dəniz yolu ilə daşınmışdır. Rabitə xidmətlərinin həcmində də özəl sektorun payı hər ötən il artmışdır. Nəhayət özəl sektorun payı 2009-cu ildə 71.3% olmuşdur. Rabitə xidmətlərinin 74.2%-i isə bilavasitə özəl sektor vasitəsi ilə həyata keçirilmişdir. Növbəti illərdə də rabitə xidmətlərinin həcmində özəl sektorun payı artmaqda davam etmişdir. Azərbaycanın açıq dənizlərə çıxışının olmaması və avtomobil yollarının dünya standartlarına cavab vərməməsi ən əsas problemlərdəndir. Rabitə sektorü isə dünya ilə inteqrasiya prosesində sürətlə inkişaf edir. Aşağıda dəniz, hava, avtomobil yolu, dəmir yolu, boru kəməri xətti nəqliyyatı ayri-ayri tədqiq ediləcəkdir.
Dəniz Nəqliyyatı
Azərbaycan, dəniz nəqliyyatı baxımından regionda keçid ölkəsi olmaq kimi əhəmiyyətli bir potensiala sahibdir. Xəzər dənizində yüz kilometrlərlə bir sahil zolağı olmasına baxmayaraq, ölkədə sadəcə biri böyük olmaqla cəmi 15 liman mövcuddur. Ölkənin ən böyük limanı Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır. Azərbaycanda dəmir yolları olmadığı vaxtlarda dəniz vasitəsiylə nəqliyyat böyük rol oynamışdır. Azərbaycan və Xəzaryanı dövlətlər arasında birbaşa və mütəmadi olaraq dəniz səfərləri həyata keçirilmişdi. Xəzər dənizi vasitəsiylə İran, Türkmənistan, Dağıstan, Qazaxıstan və Rusiya ilə əlaqələr qurulmuşdur.Bakıdakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycanın lojistik infrastrukturunun stratejik bir hissəsi olaraq görünməklə yanaşı, Orta Asiyadan qərb bazarlarına mineral xammallar və başqa məhsulların daşınmasında bir lojistik koridor olaraq geostrateji bir nöqtədədir. Bakı limanı həm dərindir, həm də heç bir zaman donmur. Liman, sərnişin nəqliyyatı üçün isə çox əlvərişli deyildir. İnfrastrukturu dünya inteqrasiyasına əlvərişli xüsusiyyətdə olmayan Azərbaycanda dəniz nəqliyyatı da köhnə və əlverişsiz vəziyyətdədir. Ümumiyyətlə, nəqliyyat sektorundakı tənəzzülün əsas səbəbi, sektorun köhnə Sovet İttifaqı respublikaları ilə olan bağlılıqlardan ortaya çıxmışdır. Nəqliyyat sektorundan istifadə etməkdə cəmi sərnişin sayının dəniz nəqliyyat payının illər etibariylə tənəzzül olduğu görülür. 1990-cı ildə 500.000 sərnişinin dəniz nəqliyyatından istifadə etməsinə baxmayaraq, bu miqdar 1991-ci ildə 400.000, 1992 və 1993-cü illərdə 100.000, 1994-cü ildə 60.000, 1996-cı ildə 39.000 və 1997-ci ildə bu rəqəm 43.000 olmuşdur129. 2002-ci ilə qədər hər il azalan dəniz yolu ilə sərnişin nəqliyyatı, 17-ci cədvəldən də görüldüyü kimi, 2002-ci ildə bir əvvəlki ilə görə 27.3% artmışdır. 2003-cü ildə yenidən azalan dəniz yolu ilə sərnişin nəqliyyatında 2004-cü ildə 46.3% kimi əhəmiyyətli dərəcədə artım yaşanmışdır. 2015-ci ildə isə dəniz yolu ilə sərnişin nəqliyyatında 2014-cü ilə nisbətən 25% irəliləyiş qeydə alınmışdır.
Dəniz yolu ilə yük nəqliyyatının inkişafı isə belədir: 1960-cı ildə 9.163,
1970-ci ildə 13.138, 1980-ci ildə 11.354, 1990-cı ildə 3.870 və 1997-ci ildə 5.008 milyon ton dəniz yolu ilə yük daşınması həyata keçirilmişdir130. Statistikaya diqqət edildikdə 1970-ci illərdən 2005-ci ilə gəlindikdə illər etibariylə dəniz yolu ilə yük nəqliyyatının həcminin də 90-cı illərin ortalarına qədər diqqət çəkəcək dərəcədə azaldığı görülür. 1999-cu il istisna olmaqla, 1998-ci ildən etibarən isə dəniz yolu ilə yük daşınmasının həcmində ümumiyyətlə artma meylləri hiss olunmur. 2014-cü ilin göstəricilərinə əsasən dəniz yolu ilə yük daşınmasında 2013-cü il ilə müqayisədə 6.7% eniş yaşanmışdır. 2015-ci ildin sonlarında Türkiyə-Rusiya böhranı səbəbi ilə Türkiyə yük maşınlarının Orta Asiya istiqamətindəki yükləri Azərbaycandan keçməklə Xəzər dənizi ilə alternativ istiqamət olması dəniz yükdaşımacılığına artışa imkan verəcəkdir. Bu artışın digər səbəbi Ələt qəsəbəsində istifadəyə verilən beynəlxalq dəniz limanının fəaliyyətə başlamasıdı. Prezident İlham Əliyevin 2007-ci il 18 oktyabr tarixli Sərəncamına əsasən, tikintisi Ələt qəsəbəsində həyata keçirilən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin layihəsi beynəlxalq tenderin qalibi olan Hollandiyanın “Royal Haskoning” şirkəti tərəfindən hazırlanıb.Limanın dəniz hissəsində giriş kanalı və dönmə akvatoriyasında dibdərinləşdirmə və quru hissəsində infrastrukturun layihələndirilməsi işləri başa çatdırılıb. Liman kompleksinin yük aşırma imkanı: I mərhələdə 10 milyon tona qədər yük, 40 min TEU-ya qədər konteyner, II mərhələdə 17 milyon tona qədər yük, 150 min TEU-ya qədər konteyner, III mərhələdə 25 milyon tona qədər yük, 1 milyon TEU-ya qədər konteyner nəzərdə tutulur.
Layihənin I mərhələsinin inşa müddəti – 3 il 6 aydır. Bu mərhələdə sahə
104 ha nəzərdə tutulub. Körpülərin sayı 9-dur (o cümlədən bərə-2, quru yüklər-4, Ro-Ro-1, xidməti donanma-1). Liman kompleksi üçün ayrılmış 400 ha ərazinin
100 ha sahəsində (I mərhələdə 50 ha olmaqla) beynəlxalq nəqliyyat logistikası mərkəzinin tikintisi nəzərdə tutulmuşdur. TRASEKA çərçivəsində “Beynəlxalq nəqliyyat logistika mərkəzlərinin yaradılması” layihəsini həyata keçirən Avropa Komissarlığının nəqliyyat üzrə ekspertləri tərəfindən liman kompleksi ərazisinin Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşməsi beynəlxalq nəqliyyat logistika mərkəzi üçün əlverişli hesab edilmişdi.
Liman inkişafının 2-ci Mərhələsində əlavə olaraq 1 bərə pirsi və quru yüklər üçün daha 4 körpünün inşası nəzərdə tutulur. Bu öz növbəsində limanın yükaşırma tutumuna 7 000 000 ton əlavə edəcək və beləliklə nəticədə limanın ümumi yük tutumu 17 000 000 tona konteynerlərdə yüklərin həcmi isə 150 000 TEU qədər yüksələcəkdir.
3-cu Mərhələdə isə yeni bərə terminalının inşası ilə yanaşı 650m uzunluğunda Konteyener Terminalının istismara buraxılması planlaşdırılır. Bu perspektivdə limanın yük aşırma qabiliyyətini ildə 25 milyon tona qədər yüksəlməsinə və 1 milyon TEU konteynerin yüklənib-boşalmasına imkan verəcəkdir.
2015-ci ildə dəniz yolu ilə nəql edilən yüklərin həcmi on milyon tondan
artıq olmuşdur. Dəniz yolu ilə daşınan yüklərin böyük bir hissəsinin neft və neft
məhsulları olduğu diqqət çəkir. Bu həcm 2014-ci ildə 72.7% olmuşdur. Dəniz
nəqliyyatının fəaliyyət göstərdiyi müxtəlif coğrafi ərazilər arasında Xəzər hövzəsi
qabaqcıl yeri tutur.
1990-cı illərin ortalarından 2015-ci ilə qədər nəqliyyat sektorundakı inkişafda isə, Qazaxıstan neftinin Xəzər dənizindən keçərək Qara dənizə nəql edilməsi mühüm rol oynamışdır131.
yolu nəqliyyatı filosuna daxil olmaqla 2004-cü ildə fəaliyyətə keçən “Heydər Əliyev” adlı gəmi, Nijni-Novqorodda yerləşən “Krasnoe Sormova” gəmiqayırma zavodunda hazırlanmışdır. Gəminin dəyəri 13.5 milyon dollardır. Gəmi ən müasir texnologiya ilə təchiz edilmişdir. TRACECA xətti ilə üzəcək olan gəmi, Qazaxıstan neftini Bakı limanı vasitəsiylə dünya bazarına çıxaracaqdır.
Bakı limanı, Orta Şərq, Avropa və Cənubi Şərqi Asiya ölkələri üçün əlverişli “tranzit” rolunu oynaya bilər. Hər cür liman texnologiyası və müasir terminalların tikintisi üçün 2 milyard dollar lazımdır. Layihənin texniki və iqtisadi
əsasları hazırlanır. Layihənin qısa bir müddətdə reallaşması mümkündür.
Bakı limanı xaricində, Azərbaycanın Lənkəran şəhərində də liman tikintisi, Muğan ovasının şərqində istehsal və ticarətin inkişafı baxımından faydalı olacaqdır.
Xüsusi bir əhəmiyyət kəsb edən dəniz nəqliyyatı mövzusunda maddi və texniki infrastrukturun sağlamlaşdırılması və inkişaf etdirilməsi lazımdır. Azərbaycanda mühüm olan bu nəqliyyat sektoru üçün, ağır yüklərinin daşınmasında istifadə edilən gəmilərə, neft və kimyəvi maye yüklərinin daşınmasında istifadə edilən tankerlərə, friqorifik gəmilərə, dəmir yolu vaqonlarında yükləri nəql etmək üçün istifadə edilən feribotlara, maye yükləri, qatı və döküm yüklərin daşınmasında istifadə edilən kommine edilmiş gəmi kimi əlavə yeni tip yük daşıyan gəmilərinə ehtiyac vardır.

Yüklə 147,54 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin