Mühazirələr i.ü. f d., dosent Zeynalov M. H. Bakı – 2023


Mərkəzi Aran iqtisadi rayonu



Yüklə 147,54 Kb.
səhifə49/50
tarix23.04.2023
ölçüsü147,54 Kb.
#101754
növüMühazirə
1   ...   42   43   44   45   46   47   48   49   50
Azərbaycan İiqtisadiyyatı mühazirə

Mərkəzi Aran iqtisadi rayonuna Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları daxildir.
Mingəçevir Azərbaycanın əhali sayı etibarı ilə dördüncü böyük şəhəridir. 4 fevral 1954-cü ildə respublika tabeli şəhər kateqoriyasına keçmişdir. Kür çayının sahillərində yerləşir. Mingəçevir şəhəri şərq, cənub və qərb tərəfdən Yevlax rayonu, şimaldan isə Mingəçevir Su anbarı ilə həmsərhəddir.
Ağdaşın rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir, əkinçilik, meyvəçilik və heyvandarlıq inkişaf etmişdir. "Orelay" şirniyyat firması, "FA kom BİCA" MMC, Kükəl kərpic istehsalı zavodu, "Damla" un fabriki, "Arşınmalçı" tikiş-trikotaj müəssisəsi və s. kimi müəssisələr yaradılmışdır. Rayon ərazisində köhnə pambıqtəmizləmə zavodunun, süd zavodunun, respublika kənd təsərrüfatı texnikası birliyinin rayon şöbəsinin, yerli sənaye kombinatının, meşə təsərrüfatının binaları hələ də qalmaqdadır.
Yevlax aqrar-sənaye rayonudur. Kənd təsərrüfatı əsasən pambıqçılıq, taxılçılıq, heyvandarlıq üzrə ixtisaslaşmışdır. Sənayesi başlıca olaraq kənd təsərrüfatı məhsullarını emal edir. Rayonda pambıqtəmizləmə, tütün-fermentasiya, qarışıq yem, dəmir-beton məmulatları zavodları, istehsalat və sənaye kombinatları vardır.
Kürdəmir əsasən kənd təsərrüfatı rayonudur. Pambıqçılıq, taxılçılıq, heyvandarlıq, habelə üzümçülük, bostançılıq və baramaçılıq mühüm yer tutur. Rayonda quşçuluq və maldarlıqla məşğul olurlar. Burada şərab və asfalt zavodları, məişət xidməti kombinatı, respublika əhəmiyyətli iri un kombinati var. Rayonun ərazisindən Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 43 km (III dərəcəli), Ələt – azıməmməd-Kürdəmir-Yevlax yolunun 42 km (II dərəcəli), Bakı-Tbilisi baş dəmir yolunun 44 km hissəsi keçir. Kürdəmir rayonunda 3 iri dövlət müəssisəsi və 10 iri özəl müəssisə fəaliyyət göstərir.
Mil–Muğan iqtisadi rayonuna Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları daxildir. İqtisadi rayon şimaldan Mərkəzi Aran iqtisadi rayonu, qərbdən Qarabağ iqtisadi rayonu, şərqdən Şirvan-Salyan iqtisadi rayonu və İran İslam respublikası ilə həmsərhəddir. İqtisadi rayonun relyefi düzənlikdir. İqlimi isti və quraqdır. İqtisadi rayonun ümumi sahəsi 5,670 min km², əhalisi 513,77 min nəfər olmaqla, ümumi ölkə ərazisinin 6,4%-ni, əhalisinin isə 5,0%-ni təşkil edir. Əhalisinin etnik tərtibinin demək olar ki, hamısı Azərbaycan türklərindən ibarətdir. Əsasən kənd təsərrüfatı rayonlarıdır, əkinçilik və maldarlıq, habelə emal sənayesi də inkişaf etmişdir.

Yüklə 147,54 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin