Ətraf təbii mühitin (ƏTM) çirkləndirilməsi – fiziki, kimyəvi, bioloji agentlərin təbiətdə əvvəllər müşahidə olunan miqdarının çoxalması ilə müəyyənləşdirilir.
Ekoloji itki – təbii mühitin şərti ideal optimal vəziyyətində qaçılması mümkün olan, cəmiyyətin iqtisadi və pul ifadəsində hesablana bilən qeyri-iqtisadi itkilərdir.
Ekoloji-iqtisadi itki – ətraf mühitin çirkləndirilməsi nəticəsində neqativ itkilərin pul ifadəsində qiymətidir. Ekoloji-iqtisadi itkinin kəmiyyətini müxtəlif sahələrdə müxtəlif xərclərin (məsrəf və itkilərin) cəmi kimi ifadə etmək olar.
İnsanın fəaliyyəti onun əhatə edən mühitlə əlaqədardır. Təbiət həm insanın istehsal fəaliyyəti üçün zəruri xammal mənbəyidir, həm də onun ətraf mühiti çirkləndirən istehsal fəaliyyəti tullantılarını qəbul edəndir.