5. Yumşaq qanun
Diplomatiya dilində “yumşaq qanun” termini 1980-ci illərin gedişatında yaranıb və adətən, qanunun necə olmasına dair bəyanat kimi nəzərdən keçirilirdi. Beynəlxalq səviyyədə yumşaq qanunun hazırlanması, beynəlxalq konsensusun işlənib hazırlanması yollarından biridir, harada ki, dövlət nümayəndəsi bu konsensusda öz dövlətini çıxarılan nəticəyə rəsmi olaraq məcbur etməmək şərtilə iştirak edə bilər. Yumşaq qanun alətlərinə hüquqi öhdəliklər daxil deyil və bu baxımdan, riayət olunmadığına görə hüquq məhkəməsində hər hansı iddia sürülə bilməz. Belə ki, bu tip qanunlar xüsusi olaraq beynəlxalq ictimaiyyətin geniş konsensusunun ifadəsi kimi nəzərdən keçirildiyi təqdirdə yüksək mənəvi dəyərlərə malik ola bilər.“Yumşaq qanunun” nüfuzu, spesifik müddəalar regional və ya qlobal sazişlər kimi qanunla mütləq sayılan alətlərə daxil edildiyi təqdirdə, arta bilər. Misal üçün, Rio de Janeyro Bəyannaməsinin ehtiyatlılıq prinsipini əks etdirən 15 saylı prinsipi, ətraf mühitin mühafizəsi ilə əlaqəli bütün növ alətlər üçün get-gedə daha mühüm əhəmiyyət kəsb etdiyi müşahidə olunur və Ozon Qatını Dağıdan Maddələrə dair Monreal Protokolu və Bioloji təhlükəsizliyə dair Kartaqena Protokolu kimi bir çox ekoloji sazişlərdə əks olunduğu ehtimal edilir. Hüquqi baxımdan zəruri sayılmadığına baxmayaraq, yumşaq qanunun rəsmi sənədləri dövlətin davranışına öz təsirini göstərə bilər. Təsir qüvvəsini sübuta yetirmiş, mühüm “yumşaq qanun” alətlərinə nümunə olaraq Stokholm və Rio de Janeyro şəhərlərində keçirilmiş sammitlərdən irəli gələn bəyanatlarını göstərmək olar. 1972-ci ildə qəbul edilmiş Stokholm Bəyanatı təlimatlar ilə yanaşı 26 prinsip müəyyən etdi ki, onların ekoloji normativ-hüquqi bazası bu günə kimi işlənib hazırlanmaqdadır. Təkcə 2 və 14 saylı prinsipləri qeyd etmək kifayətdir, harada ki, müvafiq olaraq bu cümlələr qeyd edilib: “Yer Kürəsinin təbii sərvətləri, o cümlədən, hava, su, torpaq, fauna və flora indiki və gələcək nəsillər üçün qorunub saxlanılmalıdır” və “rasional planlaşdırma, inkişaf tələbləri və ətraf mühiti qorumaq və yaxşılaşdırmaq üçün tələbat arasında hər hansı ziddiyyəti yoluna qoymaq üçün zəruri sənədi ehtiva edir”.
Əsas etibarilə Stokholm Bəyanatını təkrar təsdiqləyən, ətraf mühitin mühafizəsi üçün daha dəqiq prinsiplər dəsti Rio de Janeyro şəhərində Ətraf Mühit və İnkişaf haqqında qəbul edilmiş bəyanata (“Rio Bəyanatı”) daxil edilib. “Yumşaq qanun”un digər vacib sənədlərinə misal olaraq BMT-nin Baş Assambleyası kimi beynəlxalq təşkilatların qətnamələrini, habelə 1982-ci ildə Ətraf Mühit və Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq İttifaq tərəfindən işlənib hazırlanmış Ümumdünya Təbiəti Mühafizə Xartiyasını göstərmək olar.
Dostları ilə paylaş: |