Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022


Ekoloji sabitliyə dair beynəlxalq əməkdaşlıq



Yüklə 0,77 Mb.
səhifə170/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   163   164   165   166   167   168   169   170   171
etraf muhitin iqtisadiyyat muhazire

4. Ekoloji sabitliyə dair beynəlxalq əməkdaşlıq

Son zamanlarda ekoloji problemlərin daha kəskinləşməsi ilə əlaqədar olaraq, ayrı-ayrı dövlətlərin məhdud fəaliyyətləri ilə ekoloji problemlərin bir çoxunun (demək olar ki, əksəriyyətinin) öz həllini tapması mümkün deyil. Bu isə xüsusi olaraq onunla bağlıdır ki, ekoloji problem, xarici ölkənin təbiətindən daxil olur (birgə su mənbəyindən (çaydan) istifadə edilməsi və ya hava çirklənməsinin dövlətin sərhədlərindən kənara çıxması) və ya qlobal xarakterli olur (iqlim dəyişikliyi, ozon qatının deşilməsi və ya bioloji müxtəlifliyin itməsi). Dövlətlər, həmçinin, mallar və xidmətlər üzrə beynəlxalq ticarəti asanlaşdırmaq, iqtisadi və ya siyasi inteqrasiyanın daha da dərinləşdirilməsi prosesinin (Orxus Konvensiyası və Avropa İttifaqının normativ-hüquqi bazası) bir hissəsi kimi ekoloji standartları uyğunlaşdırmaq məqsədilə əməkdaşlıq edir. Ölkələr ətraf mühitin mühafizəsi və resurslardan davamlı istifadəni koordinasiya etmək üçün submilli (bir neçə dövləti idarə edən) siyasətlərin işlənib hazırlanması (məsələn, subregional, regional və qlobal), beynəlxalq qanunların və beynəlxalq strategiyaların, proqramların, habelə planların tərtib edilməsi istiqamətində birgə əməkdaşlıq etməlidir. Belə olduğu təqdirdə, bu proses milli ekoloji siyasətlər və əlaqəli icra alətlərinin inkişaf etdirilməsi üçün çərçivə yaradacaq. Ətraf mühit naminə həyata keçirilməli prioritet vəzifələr və tədbirlərə dair razılıq beynəlxalq danışıqlar vasitəsilə əldə edilir. Çoxşaxəli danışıqlar, adətən, rəsmi konfrans səviyyəsində, dövlət orqanları, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları və özəl sektorun iştirakı ilə həyata keçirilir.

Danışıqlar prosesi ənənəvi diplomatik metodlar vasitəsilə həyata keçirilir.

Nadir hallarda səsverməyə müraciət edilir və qərarların qəbulu prosesi, əsas etibarilə ümumi maraqlar ətrafında birləşən qrupların fəaliyyəti vasitəsilə əldə edilən konsensusa (ümumi razılığa) söykənir. Maraq qrupları müxtəlif əsaslar ilə təşkil edilə bilər. Aşağıda buna dair bir neçə nümunə göstərilib:

• İqtisadi inkişafın müxtəlif səviyyələrini əks etdirən qruplar (məsələn, Afrika, Asiya və Latın Amerikasının inkişaf edən ölkələrini özünə daxil edən “G 77”, yaxud İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının [İƏİT] üzvləri);

• BMT-nin ənənəvi regional qrupları (məsələn, Mərkəzi və Şərqi Avropa, Afrika, Latın Amerikası (GRULAC), habelə Qərbi Avropa və Digər Qruplar (WEOG);

• Üzv dövlətləri və sazişə daxilolma prosesindən keçən dövlətləri bir-biri ilə əlaqələndirən, Avropa Birliyinin Üzv Ölkələri iqtisadi sazişi;

• Kiçik Ada Dövlətlərinin Alyansı və ya balina ovlayan xalqlar kimi spesifik ekoloji problemlər ətrafında formalaşan alyanslar.

Ətraf mühitlə bağlı qlobal proseslərdən əlavə, müəyyən regionlara xas olan spesifik problemlərə ünvanlanan Avropa üçün Ətraf Mühit prosesi kimi çoxsaylı regional proseslər və proqramlar var ki, bu regionların spesifik ehtiyacları və prioritetlərini ön plana çəkir. Bütün bu konfranslar, proseslər və proqramlardan əldə edilən nəticələrin fərqli olmasına baxmayaraq, onlar, adətən, “yumşaq” hüquqi normalar (icbari olmayan) və ya sərt qanunları formalaşdırır.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin