2. Dövlət ətraf mühiti mühafizə fondu
Ətraf mühitin mühafizə fondu MDB ölkələrinin öncül dövləti olan Rusiya Federasiyasında 1994-1995-ci illərdə ekoloji məqsədlər üçün ümumi daxili məhsulun 0,15 %-i qədər, 1996-1997-ci illərdə 0,1%, 1998-ci ildə isə yalnız 0,07 % vəsait ayrılmışdı. Halbuki, sərvətlər və çirklənməyə görə ödəmələrin miqdarı büdcə gəlirinin 5%-dən çoxunu təşkil edir. Rusiyada neft çıxarılması hüququna görə verginin 40 %-i federal büdcəyə, 30 %-i regional və 30 %-i yerli büdcəyə daxil olur. Lakin, həmin vəsaitlərdən istifadə barədə qanunvericilikdə heç nə de-yilmir. Mineral-xammal bazasının bərpası üçün müəssisələrdən realizə edilən xammalın 2-10 %-ə qədər ödəmə tutulur. Həmin vəsait əslində yeni faydalı qazıntı yataqlarının axtarış və kəşfiyyatına, habelə torpaqların rekultivasiyasına xərclənməlidir. Lakin, həmin məbləğ başqa məqsədlərə sərf edilir. Azərbaycanda da bu sahədə problemlər vardır. Büdcəyə daxilolmalar kifayət qədər olsada büdcədən ekoloji məqsədlər üçün tam səmərəli istifadə edilmir. Elə hal olmuşdur ki, mərkəzi maliyyə orqanları təbiətdən səmərəli istifadə olunması məqsədilə toplanmış və büdcədən kənar ekoloji fonda cəmlənmiş, dövlət büdcəsinə heç bir aidiyyəti olmayan vəsait 1995-ci ildən dövlət büdcəsinə qatılır.
Bununla da büdcədən kənar ekoloji fondlar haqqında qüvvədə olan qanun və qaydalar pozulur, həmin vəsait isə digər məqsədlərə yönəldilir.
Ekoloji tədbirlərin həyata keçirilməsi isə xarici və beynəlxalq təşkilatların və bankların ümidinə və ixtiyarına buraxılmışdır. Həmin mənbələrdən ayrılan maliyyə vəsaitlərinin isə ümumi məbləğinin 50%-i təzədən maliyyələşdirici təşkilatın və ya hər hansı sponsorun özünə qayıdır.
Ətraf mühitin mühafizəsi üzrə fondlara aĢağıdakılar daxildir:
- Ətraf mühitin mühafizəsi üzrə fondlar ətraf mühitin mühafizəsində təxirəsalınmaz tədbirlərin, ona vurulan zərərin aradan qaldırılmasının və kompensasiya verilməsinin, ətraf mühitin mühafizəsi sahəsində başqa tədbirlərin maliyyələşdirilməsi üçün yaradılır;
- Ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət və ictimai fondların yaradılmasına yönəldilir;
- Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu təbiətdən istifadəyə görə ödəmələr, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə alınan cərimələr, qanunvericilikdə müəyyən edilmiş qaydada müsadirə edilən ovçuluq və balıqçılıq alətlərinin və qeyri-qanuni əldə edilən məhsulların satışından daxil olan vəsaitlər, könüllü ianələr, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan başqa daxilolmalar hesabına təşkil edilir.
Azərbaycanda 1989-cu ildə büdcədənkənar xüsusi təbiəti mühafizə fondu yaradılmış və onun formalaşması və istifadəsi haqqında qaydalar Respublika Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir.
Həmin fond əsasən, ətraf mühiti çirkləndirməyə və tullantıların yerləşdirilməsinə görə ödəmələr və cərimə, iddialardan gələn vəsait hesabına formalaşır.
Rusiyada analoji büdcədənkənar ekoloji fondların 10%-i federal büdcəyə, qalan 90%-i isə büdcədənkənar fondlar sisteminə köçürülür və aşağıdakı kimi bölünür: 60%-i yerli büdcələrə (rayon, şəhər), 30%-i federasiya subyektləri səviyyəsində paylanır. Bu fond vəsaitləri məqsədyönlü olaraq təbiəti mühafizə obyektlərinin tikintisinə, ekoloji təmiz texnologiyaların tətbiqinə, ekoloji təhsilin inkişafına, elmi tədqiqat işlərinə xərclənməlidir.
Dostları ilə paylaş: |