MÖVZU 14. ƏTRAF MÜHİTDƏN İSTİFADƏNİN İQTİSADİ TƏNZİMLƏMƏ SİSTEMLƏRİ
1. Ətraf mühit və təbii ehtiyatların mühafizəsi fondlarının formalaşması mənbələri;
2. Dövlət ətraf mühiti mühafizə fondu;
3. Regional ətraf mühiti mühafizə fondları;
4. Müəssisələrin ətraf mühiti mühafizə fondları;
5. Təbiəti mühafizə fəaliyyətinin stimullaşdırılmasının iqtisadi sistemləri;
1. Ətraf mühit və təbii ehtiyatların mühafizəsi fondlarının formalaşması mənbələri
Ətraf mühitdən istifadənin ödəniĢli (pullu) sistemi ekoloji tədbirlərin maliyyələĢdirilməsinin əsas mənbəyidir. Təbii ehtiyatların istifadəyə, ətraf mühiti çirkləndirməyə, tullantıların yerləşdirilməsinə görə ödəmələr sistemi, habelə onların tutulması və istifadəsi təbii ehtiyatlar üzərində mülkiyyət münasibətləri ilə müəyyən edilir.
Fondların yaradılması mexanizmi vəsait axınının artmasına və təbiəti mühafizə işlərinin müəssisənin çirkləndirməyə görə ödənişləri hesabına qismən özünü maliyyələşdirməsinə kömək edir. Təbiəti mühafizə tədbirlərinə xərclənmək üçün vəsaitlərin axtarılması və bölüşdürülməsi və ətraf mühitin çirkləndirilməsinə görə ödənişlər və cərimələr sisteminin işlənib hazırlanması problemləri ilə bağlı 1970-ci illərin sonu-1980-ci illərin əvvəlində yerli elmi ədəbiyyatda ilk 40 dəfə ekoloji fondların yaradılması zərurəti haqqında məsələ qaldırılmışdı..Keçmiş SSRİ ərazisində təbiəti mühafizənin büdcədənkənar fondları 1980-ci − 1990-cı illərin qovşağında yaradılmağa başlandı..Ekoloji fondların aşağıdakı mənbələr hesabına formalaşdırılması nəzərdə tutulurdu:
• Müəssisələrin, birliklərin və təşkilatların çirkləndirici maddələrin yol verilən normativ və normativdən artıq atılmasına (axıdılmasına), tullantıların yerləşdirilməsinə görə etdiyi ödənişlər;
• Çirkləndirici maddələrin qəza şəraitində atılmasına (axıdılmasına) görə cərimə ödənişləri, təbii resurslardan və onlardan əldə edilən xammaldan normativdən artıq və qeyri-kompleks istifadəyə görə ödənişlər;
• Təsərrüfat fəaliyyəti nəticəsində təbiəti mühafizə qanunvericiliyinin pozulması ilə dövlətə vurulan zərərin əvəzinin ödənilməsi üçün tutulan ödənişlər;
• Müəssisələrdən, vətəndaşlardan və digər mənbələrdən daxil olan könüllü ianələr.
Hal – hazırda ətraf mühitin mühafizəsi və təbii resurslardan səmərəli istifadə üzrə tədbirlərin və proqramların maliyyələşdirilməsi aşağıdakı mənbələr hesabına həyata keçirilir:
1) respublika büdcəsi və yerli büdcələr;
2) ətraf mühitin mühafizəsi təyinatlı dövlət büdcə fondlarının vəsaitləri;
3) hüquqi şəxslərin və fərdi sahibkarların vəsaitləri;
4) vətəndaşların, o cümlədən əcnəbilərin vəsaitləri;
5) bank kreditləri;
6) xarici investisiyalar;
7) büdcədənkənar məqsədli fondlar - ehtiyatlar üzrə, ekoloji, sığorta fondları, habelə özəlləşdirmə prosesində yaradılmış ekoloji fondlar;
8) bank kreditləri, sponsor vəsaitləri, beynəlxalq təşkilatların maliyyə köməyi;
9) ianələr və s.
10) digər mənbələr.
Məlumdur ki, müstəqilliyin ilk dövründə təbiəti mühafizə tədbirlərinin büdcələrdən maliyyələşdirilməsi mürəkkəb məsələlərdən birinə çevrilmişdi. Ekoloji məqsədlər üçün mərkəzi büdcədən demək olar ki, vəsait ayrılmır, şəxsi vəsaitlərin isə həcmi çox cüzi idi (0,2-0,3 %). SSRİ dövründə də, təbiəti mühafizəyə yönəldilən vəsaitin həcmi milli gəlirin həddən çox az faizini təşkil edirdi. Məsələn, bu rəqəm bütün ittifaq üzrə 0,8-1,2 %, Pribaltika Respublikaları üzrə 1,5-1,7 %, Gürcüstan və Ermənistan üzrə 0,7-1,0 %, Azərbaycan üzrə isə 0,3- 0,5 % təşkil edirdi. Müqayisə üçün qeyd etmək lazımdır ki, təbiəti mühafizə tədbirlərinə hər il ümumi daxili məhsulun 2-3 %-i qədər vəsait lazımdır. Buna baxmayaraq, müəssisələr bu məqsədlə ayrılan vəsaitlərdən səmərəli istifadə etmirlər. Təsadüfi deyil ki, yalnız büdcədən maliyyələşdirilməli olan kommunal-məişət tullantıları sularının təmizləyici qurğularının tikintisi 1994-cü ildə dayandı-rılmışdır. Gəncədə (gücü 150 min.kub m/gün), Şirvanda (45-50 min kub m), Sumqayıtda (290 min kub m), Mingəçevirdə (140 min kub m), Masallıda (10 min kub m), Ağdamda (10 min kub m) və s. 80-cı illərdən tikilən təmizləyici qurğuların da tikintisi dayandırılmışdır. Bakıda 1972-ci ildən tikilən, layihə gücü 940 min kub m olan təmizləyici qurğunun yalnız birinci növbəsi (600 min kub m gücündə) 1990-cı ildə təhvil verilmişdir. Əksər şəhərlərdə, o cümlədən Bakıda kanalizasiya xətlərinin tam olmaması üzündən fəaliyyət göstərən 20-dən çox təmizləyici qurğu səmərəsiz işləyirlər. Həm də onlar artıq amortizasiya müddətlərini çoxdan keçmişlər.
Təbiəti mühafizə sahəsində sabit maliyyələşdirmə mənbəyi kimi ekoloji fondların bütün əhəmiyyətinə baxmayaraq, onların faəliyyətində bir sıra çatışmazlıqlar da mövcuddur:
• Fonda daxil olan vəsaitlərin 80%-dək hissəsini təşkil edən çirkləndirməyə görə ödənişlərin az yığılması və bölüşdürülməsinin səmərəsizliyi;
• Prioritetlərin müəyyən edilməsi mexanizmi mövcud olmadığından maliyyə vəsaitlərinin istifadəsinin kifayət edən dərəcədə əsaslandırılmaması;
• Müəssisələr tərəfindən keçirilən təbiəti mühafizə tədbirlərinin ödənişlər edilərkən nəzərə alınması mexanizminin qeyri-təkmil olması;
• Ödənişlərin inflyasiya artımına uyğun səmərəli indeksasiya mexanizminin olmaması;
• Ekoloji fondlar tərəfindən maliyyələşdirmək üçün layihələrin seçilməsi meyarlarının olmaması, layihələrin həyata keçirilməsinə nəzarətin və nəticələrin qiymətləndirilməsi qaydalarının və meyarlarının olmaması.
Dostları ilə paylaş: |