Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022


Ekoloji monitorinq, onun vəziyyətinin proqnoz və modelləşdirilməsi məsələləri



Yüklə 0,77 Mb.
səhifə37/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

2.Ekoloji monitorinq, onun vəziyyətinin proqnoz və modelləşdirilməsi məsələləri

Ekoloji monitorinq - ətraf mühitin keyfiyyətləri üzərində müntəzəm surətdə həyata keçirilən nəzarət, qiymətləndirmə və proqnozlar sistemidir. Bu müşahidələr insanların da ona təsiri nəzərə alınmaqla aparılır.

Ekoloji monitorinqin məqsəd və vəzifələri. Monitorinq hər hansı bir obyektin vəziyyəti haqqında müntəzəm müşahidələrin aparılmasından ibarətdir. Ekoloji monitorinq təbii və antropogen amillər nəticəsində ətraf mühitin vəziyyətindəki dəyişikliklər üzərində həyata keçirilən müntəzəm nəzarətdir. O, həyat mühitinin dəyişmələri nəticəsində ekosistemlərdə, populyasiyalarda və orqanizmlərdə (İnsan da daxil olmaqla) gedən proseslari izləyən, ətraf təbii mühitdəki dəyişikliklər üzərində aparılan müşahidələr sistemidir. Ekoloji monitorinqin əsas obyektləri atmosfer, su, torpaq, heyvan və bitki populyasiyalarının vəziyyəti, insan sağlamlığının durumudur.

Deyilənləri ümumiləşdirsək, ekoloji monitorinq ətraf təbii mühitin əvvəlki və cari vəziyyəti üzərində müntəzəm, uzunmüddətli müşahidələr apararaq, onun biomüxtəliflik və insan hayatı üçün əhəmiyyətli parametrlərinin gələcək göstəricilərinin proqnozu ilə məşğul olur.

Monitorinq aşağıdaki fəaliyyətlərdən ibarətdir:

• antropogen təsirlərin mənbələri və xarakteri üzərində müşahidələr;

• ətraf təbii mühitin vəziyyəti üzərində müşahidələr;

ümumilikdə, ayrıca ekosistemlər və biosfer üzərində müşahidələr;

• müşahidə olunan obyektin fon vəziyyəti haqqında məlumatların alınması

Monitorinq üzrə ilk hökumatlararası toplantı 1974-cü ildə Nayrobi şəhərində (Keniya) keçirilmişdir. Bu toplantıda Ətraf Mühitin Monitorinqinin Qlobal Sistemi (ƏMMQS) proqramının məqsədləri müəyyənləşdirilmişdir.

Ekoloji monitorinqin əsas vəzifələri aşağıdakılardır:

• antropogen təsir mənbələri üzərində müşahidələr;

• antropogen təsir amilləri üzərində müşahidələr;

• antropogen təsir amilləri nəticəsində təbii mühitin və orada gedən proseslərin vəziyyati üzərində müşahidələr (fiziki, kimyəvi, bioloji);

• təbii mühitin fiziki durumunun qiymətləndirilməsi;

• antropogen amillərin təsiri nəticəsində təbii mühitdə baş verə biləcək dəyişikliklərin proqnozunun verilməsi və təbii mühitin proqnozlaşdırılmış vəziyyətinin qiymətləndirilməsi.

Ekoloji monitorinqin funksiyaları təbii obyektlərin və antropogen xarakterli çirkləndirici mənbələrin vəziyyəti üzərində aparılan müşahidələri əhatə edir. Ətraf mühitin monitorinqi müəssisə, region və ölkə miqyasında həyata keçirilən ekoloji menecmenti zəruri informasiyalarla təmin edir.

Müəssisələrdə aparılan ətraf mühitin monitorinqi ona aşağıdakı üstünlükləri verir:

• təbii sistemlərə edilən neqativ təsirin səviyyəsini qiymətləndirmək imkanı;

• neqativ təsirin səbəblərini və onların mənbələrini müəyyənləşdirmək imkanı;

• texnoloji proseslərin korreksiyasına təsir imkanı


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin