III. Ekoloji vəziyyətlə əlaqədar əhalinin sağlamlıq göstəriciləri
1. Gözlənilən yaşayış müddəti
2. Ölüm dərəcəsi
3. Uşaqların fiziki inkişafının göstəriciləri
4. Ekolioji etimologiyanın xəstəlik dərəcəsi
Yuxarıda sadalanan indikatorlardan savayı təbiəti mühafizə tədbirlərinə çəkilən xərclərin göstəriciləri xüsusi yarımqrupda birləşmişdir. Onun miqdarı və dərəcəsi isə keçirilən tədbirin həcmindən, sahəsindən və növündən asılıdır.
Ətraf mühitə təsir indikatorları öz növbəsində həm statistik məlumat bazasını formalaşdırır həm də regionda ekoloji vəziyyəti təhlil etmək üçün imkanlar yaradır.
Ekoloji indikatorlar ilk növbədə məlumatverici olmalıdır birmənalı şəkildə ətraf mühitin vəziyyəti haqqında məlumatı əks etdirməlidir. Ikincisi, ekoloji inkikatorlat məqsədyönlü əməliyyatlarda istifadə olunması üçün asan və başa düşülən olmalıdırlar. Üçüncüsü, ekoloji indikatorlar dinamik olmalıdır, yəni vaxta və hadisəyə uyğun dəyişikliklər əks olunmalıdır. Dördüncüsü isə, ekoindikatorlar əlçatan və güvənilir olmalıdır, yəni istifadə olunan idkitatorlar həmişə tapılan və verilən məlumatlar isə düzgün olmalıdır.
Ekoloji fəlakət və texnogen proseslərin insanlara və təbiətə neqativ təsiri, riskin qiymətləndirilməsi müvafiq qanunvericiliyin olmasını, bunun üçün standart və normativlərdən istifadəni nəzərdə tutur.
Ekoloji riskin qlobal xarakteristikası arasında biosferin orta xüsusiyyətlərinin dəyişməsinin səviyyəsi də müəyyən mövqe tutur. Bu xüsusiyyətlər antropogen amillərin təsirilə və təbii səbəblərə görə də tədricən dəyişməyə məruz qalır.
Hazırda insan həyatına təbii mühitin təsiri, həyat riski fərqləndirilir. Riskin qiymətləndirilməsində sosial və fərdi risk kimi iki müxtəliflik mövcuddur.
Risk və tibbi demoqrafiyanın təhlilində əsas ölçülərə aşağıdakılar aiddir: əhalinin yaşa görə paylanması, ölüm və xəstəlik əmsalları, yaşama funksiyası, müxtəlif yaşlara görə gözlənilən həyat ömrünün uzunluğu və s.
Dostları ilə paylaş: |