Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022


Müvafiq idarələr tərəfindən aparılan ekoloji ekspertiza



Yüklə 0,77 Mb.
səhifə44/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   40   41   42   43   44   45   46   47   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

Müvafiq idarələr tərəfindən aparılan ekoloji ekspertiza. Bu komissiyanın çıxardığı nəticələr Dövlət ekoloji ekspertizasının nəticələrini inkar etmirsə o, həmin idarə nəzdində qüvvədə olur.

İctimai ekoloji ekspertiza. İctimaiyyətin öz istəyi ilə təşkil olunmuş qeyri dövlət strukturudur. Onların çıxardıqları nəticələr məsləhət (təklif) xarakteri daşıyrr.

Elmi ekoloji ekspertiza elmi tədqiqat və ya tədris müəssisələri tərəfindən aparılrr. Onların çıxardıqları nəticələr informasiya xarakteri daşıyır.

Ekoloji ekspertiza öz fəaliyyətində faktları, elmi prinsipləri və qüvvədə olan qanunvericiliyi əldə rəhbər tutur. O,ayrı-ayrı şəxslərin və ya müəssisələrin yox, ətraf mühitin mühafızəsi prinsipini güdməlidir. Dövlət ekoloji ekspertizası dövlət büdcəsi və sifarişçinin hesabına maliyələşdirilir. Sənəd və materialların dövlət ekoloji ekspertizasının dəyəri (D) aşağıdakı düsturla müəyyən edilir:

D= H •α1 • α 2 • α3• α 4 • α5 +E

Burada H - daimi hesablama kəmiyyətidir;

α1 - sənədlərin növü və mərhələliyi üçün düzəliş əmsalıdır;

α 2 - layihəqabağı və layihə qərarlarının həyata keçiriləcəyi ərazidə ekoloji şəraiti nəzərə alan əmsaldrr;

α3 - obyektin ekoloji təhlükəsizlik səviyyəsini nəzərə alan əmsaldır;

α 4 - obyektlərin nadirliyini nəzərə alan əmsaldır;

α5 - nəzərdə tutulan təsərrufat fəaliyyətinin ətraf mühitə olan təsirinin dolğunluğunu nəzərə alan əmsaldır.

E- ekspertizanın qısa müddətdə yerinə yetirilməsinə görə əlavə dəyərdir;

H obyektlər üçün sənədlərin hazırlanmasından və ya layihənin ümumi smeta dəyərindən asılı olaraq aşağıdakı kimi təyin edilir:

1) 10 milyon manata qədər olduqda bütün məbləğin 5 faizi;

2) 10 milyon manatdan 100 milyon manata qədər olduqda 1-ci bəndin şərti üstəgəl hər növbəti 10 milyon manat üçün 100 min manat;

2-ci bəndin şərtlərinə hər növbəti 100 milyon manat üçün 300 min manat əlavə olunur;

3) 1 milyard manatdan 10 milyard manata qədər olduqda 1-ci, 2-ci və 3- cü şərtlər nəzərə alınaraq hər növbəti 1 milyard manat üçün əlavə 750 min manat əlavə olunur.

a1 - ekspertizanın kateqoriyası, layihələşdirmənin mərhələsi və sənədlərin növündən asılı olaraq götürülür.

I kateqoriya üzrə: - yeni, o cümlədən xaricdən daxil olan texnikanın, texnologiyanın, materialların və maddələrin yaradılmasına dair sənədlər, dövlət, sahə və regional səviyyəli layihəqabağı və planqabağı sənədlər, 0 cümlədən inkişafın konsepsiyaları, əsas istiqamətləri, proqramları, perspektiv proqnozları, məhsuldar qüvvələrin yerləşdirilməsinin ərazi və sahə sxemləri, regionların təbiətinin mühafızəsinin ərazi kompleks sxemləri, ərazilərin,habelə işləyən müəssisələrin ekoloji vəziyyətinin qiymətləndirilməsinə dair digər materiallar və sənədlər, təsərrüfat fəaliyyətinin ekoloji cəhətdən təhlükəli növlərinin siyahısına daxil olan iri sənaye obyektlərinin və komplekslərinin tikintisinə və genişləndirilməsinə aid layihə və ƏMTQ (ətraf mühitin təsirinin qiymətləndirilməsi) sənədləri üçün a1 =3,0 götürülür.

II kateqoriya üzrə: - şəhərlərin və şəhər tipli qəsəbələrin inkişaf sxemləri, rayonların planlaşdırılması sxemləri və layihələri, şəhərlərin baş planları, yaşayış məntəqələrinin müfəssəl planlaşdırılması layihələri, sənaye qovşaqlarının layihə, sxem və ƏMTQ sənədləri, təsərrüfat fəaliyyətinin ekoloji cəhətdən təhlükəli növlərinin siyahısına daxil olan xırda obyektlərin və daxil olmayan obyektlərin tikinti və genişləqdirilməsinə aid layihə və

ƏMTQ sənədləri üçün a1=2,0 götürülür.

III kateqoriya üzrə: - elmi tədqiqat və layihə-konstruktor sənədləri, təbiətdən istifadəni tənzimləyən normativ hüquqi, normativ metodiki, lisenziya və başqa sənədlər, təsərrüfat fəaliyyətinin ekoloji cəhətdən təhlükəli növlərinin siyahısına daxil olmayan obyektlərin yenidənqurma, müasirləşdirmə və ləğv olunmasma aid layihə və ƏMTQ sənədləri. 1-ci və 2-ci kateqoriyalar daxil edilməmiş sənədlər üçün a1= l,0 götürülür.



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin