Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022



Yüklə 0,77 Mb.
səhifə52/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   48   49   50   51   52   53   54   55   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

Təbii mühitin həcmi anlayışını belə bir misal üzərində izah etmək olar. Tutaq ki, 500 ha ərazidə 6 baş maral yaşayır. Belə şəraitdə onlar sürətlə artaraq 10 il ərzində 200 başa çatacaq. Bu zaman maralların qidalanmasnaa xeyli ot bitkisi sərf olunacaq. Onlar öz yaşayış yerlerini pozacaq. Bundan sonra müxtəlif xəstəliklər, yem çatışmazlığı, mühitin dağılması nəticəsində onların sayı getdikcə azalacaq. Maralların sayının 100-ə enməsi ilə proses stabilləşəcək. Təxmini hesablamalara görə, 200 baş (hər bir heyvana 2.5 ha) maral sayı mühitin maksimal həcminə uyğundur.Təxminən 100 baş maral nisbəti isə (hər bir heyvana 5 ha) optimal həcmdir.

Təbii şəraitdə yırtıcı heyvanlar populyasiyanın keyfiyyətinə müsbət təsir edən tənzimləyici faktor rolunu oynayır. Yuxarıda qeyd edildiyi kimi, təbii sistemlərdə özünütənzimləmənin homeostatik mexanizmləri formalaşmışdır. Ona görə də mühitin həcmi həmişə maksimal qiymətdən aşağı olur və ifrat yüklənmələr baş vermir. Bəzən bu, "etibarlı təminat həcmi" də adlanır.



Şəhərlərdə əhalinin sayı və iqtisadi rifah artdıqca mühitin həcmi həddən artıq yüklənir ki, bu da öz növbəsində havanın və suyun keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Nəticədə, xəstəliklərin sayı artır, suyun və havanın təmizlənməsinə xərclər çəkilir, tibbi xidmətlər göstərilir və s. Bundan başqa, böyük şəhərlərdə nəqliyyat, xidmət, qızdırıcı və soyuducu sistemlərin xərcləri, cinayətlərin və işsizliyin miqdarı və s. artır. Başqa sözla, şəhər böyüdükcə onun funksiyalarının təminatına çəkilən xərclər artır, həyat keyfiyyəti isə aşağı düşür.

İndustrial-şəhər sistemi həmçinin giriş və çıxışda mühitin həcmindən, başqa sözlə ətrafındakı yaşıl mühitdən çox asılıdır. Şəhər böyük olduqca şəhərətrafı təbii fəzaya daha çox ehtiyac duyulur. Bu olmadıqda həyat keyfiyyəti kəskin aşağı düşür, o, digər şəhərlər1ə rəqabətdə uduzur. Əksər hallarda enerji çatışmazlığı və digər rahatlıqlar deyil, məhz həyat keyfiyyəti şəhərin limit faktoru yolunda çıxış edir. İdeal halda hər bir regionda muzeylər, teatrlar, filarmoniyalar, idman kompleksləri, universitetlər və s. mədəniyyət mərkəzlərinin yerləşdiyi iri şəhərlər, onların yaxınlığında isə ekoloji rifahı təmin edən kiçik qəsəbələr olmalıdır. Şəhərlərdə iqtisadi funksiyalar, adətən, maksimum həddə olduğundan orada insan həyatının iqtisadi və ekoloji aspektlərinin optimallığını eyni zamanda təmin etmək mümkün olmur.

Dünya əhalisinin sayı çox güman ki, artıq biosferin insanları qida məhsulları və yanacaq mənbələri ilə təmin etmek imkanının mümkün maksimal həddinə yaxınlaşır. Bəzi alimlar hesab edirlər ki, artıq Yerin imkanlarının tutum həddi aşıb. Onların fikrincə, planetin yoxsul hissəsinin həyat səviyyəsi artarsa, onda resursların çatışmazlığı yaranacaq.

Əgər doğum ilə ölümün səviyyəsi bərabərləşərsə, onda Yer əhalisinin sayı 8.5 - 13.5 mlrd. intervalında stabilləşəcək. Bu onunla izah olunur ki, doğumun artmasından sonra əhalinin sayı kəskin azalacaq. Çünki əhalinin sayı 10 mlrd-ı aşdıqda biosferin mövcud resursları va tutumu buna çatmayacaq və nəticədə, həyatın keyfiyyəti aşağı düşəcək.



Gənc və yetkin ekosistemlərin inkişafı enerji sərfinin miqdarı ilə fərqlənir. Bu enerji biokütlənin artımını və strukturun mövcudluğunu təmin edir. Yetkin ekosistemlərdə strukturun təmin edilməsinə sərf edilən enerji onun məhsul artımına sərf etdiyi enerji miqdarından çoxdur. İnsan isə maksimum məhsul almaq üçün əlavə enerji sərf edərək sistemin strukturunun təminatı haqqında düşünmür. Məsələn, monokultura şəraitində yüksək məhsul əldə etməyə çalışan insan qeyri-yetkin aqroekosistemləri süni surətdə təmin edir, təbii sistemi ifrat yükləyir. Lakin bütün Yer səthini əkin sahəsinə çevirmək mümkün deyil. O zaman biz biosferin stabilliyini təmin edən, amma "yeyilməyən" bufer sistemindən məhrum olardıq. Hər bir insan instinktiv olaraq öz evini kollar, otlar, güllərlə əhatə etməyə, su hövzəsi yaxınlığında yaşamağa və s. çalışır. İnsanlara təkcə qida və geyim lazım deyil. Onlara atmosferdeki CO2 va O2 qazlarının balanslı nisbəti, mülayim iqlim, təmiz hava və su mənbələri, təbiətdən zövq almağa imkan verən rekreasiya zonaları da lazımdır.

Uzun müddət bəşəriyyət təbiətin ekosistemlərin tarazlığının təminatçısı olduğunu və digər həyati vacib funksiyalara (qazların mübadiləsi, suyun təmizlənməsi, biogen elementlərin dövranı və s,) malik olması faktını adi hal kimi qəbul edirdi. Lakin elmi-texniki tərəqqinin və Yer əhalisinin sayının artması nəticəsində təbiətdəki özünütənzimləmənin kompensasiya mexanizmi dağılmağa başladı. Məlumdur ki, eyni sistemi iki əks-meyar əsasında optimallaşdırmaq mümkün deyil. Ona görə də bu gün biz iqtisadi rifahların miqdarı ilə həyat fəzasının keyfiyyəti arasında kompromis axtarmalıyıq.

Əhalisinin sıxlığı böyük olan ölkələr (Yaponiya, Belçika, Hollandiya və s.) Öz sahəsindən kənarda yerləşən böyük ərazilərdən çox asılıdır. Yaponiyada 1 ha kənd təsərrüfatı sahəsini təmin etmək üçün öz ölkəsindən kənarda 5 ha quru və dəniz ərazisi tələb olunur. Bu baxımdan, bizi bəşəriyyətin indiki iqtisadi inkişafını təmin etmək üçün lazım olan ilkin təbii mühitin miqdarını qiymətləndirmək, təbiətlə insanın qarşılıqlı münasibət strategiyasını hazırlamaq, qlobal inkişaf modelini yaratmaq kimi çətin suallar gözləyir.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin