Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022


Təbiətlə cəmiyyətin qarşılıqlı əlaqələri və onun tənzimlənməsi



Yüklə 0,77 Mb.
səhifə53/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   49   50   51   52   53   54   55   56   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

2.Təbiətlə cəmiyyətin qarşılıqlı əlaqələri və onun tənzimlənməsi
Hər hansı bir ictimai istehsalın mahiyyəti tə­bii varlıqların (sərvətlərin), insanların istehlak rifahı üçün tə­ləb olunan məhsullara çevrilməsidir. Bunun üçün in­san təbii sərvətlərdən istifadə etməli və öz fəaliyyəti ilə tə­biətə təsir göstərməlidir.

Cəmiyyətin inkişafında təbii mühit müsbət və mən­fi rola malikdir. Təbii şərait əlverişli olan ərazi­lərdə cə­miyyətin məskunlaşması üçün əlverişli şərait ya­rat­maq­la yanaşı, təbii ehtiyatların istehsal dövriy­yə­sinə cəlb olunması daha da intensivləşir. Əksinə təbiəti sərt iq­l­im şəraitinə malik olan ərazilərdə daimi donuşluğun ol­ması yeraltı və yerüstü təbii sərvətlərin istehsala cəlb olu­nmasını gecikdirir və istehsal sahələ­rinin sə­viy­yəsinin yüksəldilməsinə müsbət təsir göstərir. Tarixən Av­ropa ölkələrində təbii mühitin əlverişli ol­ma­sı bütün dövr­lərdə mütəmadi ehtiyatların səmərəli istifadəsinə şə­rait yaratmaqla, istehsal sahələrinin sürətli inkişafına tə­sir göstərmişdir. Əksinə Şərqi Sibir, Qərbi Sibir və Uzaq Şərqdə və digər ərazilərdə təbii mühitin sərt və dai­mi donuşluğun olması bu ərazilərdə olan təbii re­surs­la­rın istehsal dövriyyəsinə cəlb olunmasını gecik­dirmiş, əha­li məskunlaşmasını və yeni sənaye şəhərləri­nin baş­qa ərazilərlə müqayisədə inkişafını ləngitmişdir. Tə­biət­lə cəmiyyətin qarşılıqlı münasibətlərinin təhlil və tədqiq olun­ması müasir elmin qarşısında duran vacib prob­lem­lər­dəndir.

Təbiətlə cəmiyyət arasındakı qarşılıqlı mü­na­si­bə­ti məhsuldar qüvvələrin inkişaf səviyyəsini nəzərə alm­a­dan, bu qüvvələrin kimə aid olmasını bilmədən, in­san­la­rın bir-biri ilə maddi nemətlər istehsalında hansı ictimai mü­nasibətlərə daxil olduğunu dərk etmədən başa düş­mək olmaz. İstehsal prosesində insanlar yalnız təbiətə tə­sir göstərmirlər, eyni zamanda onlar bir-birinə tə­sir gös­tərirlər. Yalnız istehsal prosesində insanlar müəy­yən əla­qə və münasibətlər şəraitində təbiətə təsir etməklə öz­ləri üçün lazım olan maddi nemətlər isteh­salına şərait ya­ratmaq imkanlarına malik olurlar.




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin