Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022


Dövlət ekoloji ekspertizası və onun maliyyələşdirilməsi mənbələri



Yüklə 0,77 Mb.
səhifə42/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

3.Dövlət ekoloji ekspertizası və onun maliyyələşdirilməsi mənbələri

Ekoloji ekspertiza – təsərrüfat fəaliyyətinin ətraf mühitə ola bilən mənfi təsirinin və onlarla bağlı nəticələrin aşkar edilməsi, qarşısının alınması və proqnoz-laşdırılması məqsədilə ətraf mühitin keyfiyyət normativlərinə və ekoloji tələblərə uyğunluğunun müəyyən edilməsidir.

Ekoloji ekspertizanın kim və hansı təşkilat, qurum tərəfindən aparılmasından asılı olaraq, onun dövlət, idarə, elmi və ictimai, hımçinin ekoloji audit növləri vardır. Dövlət ekoloji ekspertizası – sərbəst ekoloji nəzarət növü olub, ekoloji proqnozlaşdırmanın konkret tərkib hissəsi anlamını ifadə edir, ətraf mühitin mühafizəsinə bu və ya digər təsərrüfat fəaliyyəti növünün təsirinin qiymətləndirilməsi ilə məşğul olur. İdarə ekoloji ekspertizası - nazirliyin və idarə rəhbərlərinin xüsusi əmrinə uyğun olaraq həyata keçirilir. Elmi ekoloji ekspertiza – elmi tədqiqat institutları, ali məktəblər, yaxud xüsusi alimlər qrupu tərəfindən icra olunur. İctimai ekoloji ekspertiza – ictimai birliklər və QHT-lər tərəfindən aparılır. Dövlət və ekoloji ekspertizanın məqsədləri prinsip etibarı ilə eyni olsa da onların vəzifələri tamamilə fərqli xarakter daşıyır. Belə ki, ictimai ekspertiza dövlət orqanlarının diqqətini konkret obyektlərin potensial ekoloji təhlükəsinə yönəltməklə, elmi cəhətdən əsaslandırlmış informasiyaların onlar tərəfindən qəbul edilməsinə və müvafiq tədbirlərin həyata keçirilməsinə yalnız köməklik göstərməkdən ibarətdir. Ekoloji ekspertiza prosesinin mexanizmi 5 əsas mərhələ üzrə həyata keçirilir:

1) Ekspertizanın təyinatı və komissiya üzvlərinin seçilməsi; 2) İnformasiyaların toplanması, ümumiləşdirilməsi və qiymətləndirilməsi; 3) ilkin qərarın formalaşması və ictimaiyyətin onunla tanış edilməsi, məlumatlandırılması; 4) daxil olan nöqsanlar aradan qaldırıldıqdan sonra qərarın səlahiyyətli rəhbər orqanlar və hökümət tərəfindən təsdiq olunması üçün onlara təqdim olunması; 5) yaranan münaqişəli məsələlərin məhkəmənin qərarına əsasən həll edilməsi.

Ətraf mühitə təsirin qiymətləndirilməsi və ekoloji ekspertiza prosesi həyata keçirilir. Bu vaxt ekoloji-iqtisadi analiz onların əsasını təşkil etməlidir. Ekoloji ekspertizanın prinsipləri aşağıdakılardır:

1. nəzərdə tutulan istənilən təsərrüfat fəaliyyətinin ekoloji təhlükəliliyi;

2. obyektin həyata keçirilməsindən öncə ekoloji ekspertizanın məcburi aparılması;

3. təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin kompleks qiymətləndirilməsi;

4. ekoloji ekspertiza aparıldıqda ekoloji təhlükəsizliyi məcburi qaydada nəzərə alınması;

5. məlumatların doğruluğu və həcmi;

6. ekspertizanın sərbəstliyi;

7. ekspert bağlantısının elmi əsaslandırılması, obyektivliyi və qanuniliyi;

8. aşkarlıq, ictimaiyyətin rəyinin nəzərə alınması, ictimai təşkilatların iştirakı;

9. ekoloji ekspertiza iştirakçılarının onun aparılması və keyfiyyətinə məsuliyyət.

Azərbaycan Respublikasında ekoloji ekspertizanın müvafiq icra hakimiyyəti orqanı və ictimai təşkilatlar həyata keçirirlər.

Dövlət ekoloji ekspertizasının aparılması qaydaları qanunvericiliklə müəyyən edilir. Dövlət ekoloji ekspertizasına aid edilən obyektlər barədə ekspertin müsbət rəyi olmadan sənaye və ərzaq məhsullarının istehsalı, işlərin, xidmətlərin yerinə yetirilməsi və ya Azərbaycan Respublikasının ərazisinə gətirilməsi qadağandır.

Yerin təkindən istifadə ilə əlaqədar olan təsərrüfat fəaliyyəti ekoloji ekspertizadan əvvəl qanunvericiliklə müəyyən edilmiş qaydada geoloji ekspertizadan keçirilməlidir.

Ekoloji ekspertizanın rəyi (rəsmi sənədlər) məcburi icra olunmalıdır və onun tələbləri pozulduğu halda məhkəmədə iddia qaldırıla bilər.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin