Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022


b) Su obyektlərindən istifadəyə görə ödəniş və s



Yüklə 0,77 Mb.
səhifə147/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   143   144   145   146   147   148   149   150   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

b) Su obyektlərindən istifadəyə görə ödəniş və s.

Suya görə ödəmə keçmiş Sovet İttifaqında, o cümlədən Azərbaycanda, 1982-ci ildən xərc metodu əsasında tətbiq edilirdi. Hazırda suya görə ödəmələr həm səth suları, həm də yeraltı sular üçün alınır. Azərbaycanda suya görə ödəmələr 1990-cı ilin qiymətləri ilə 1992-ci ildən tətbiq edilir. Manatın qiymətdən düşməsi ilə əlaqə-dar həmin məzənnələr 1995-ci ildə 10 dəfə artırılmışdır. Lakin, artıq o vaxtdan sonra bu qiymətlər də özünü doğrultmur. Xüsusən, yeraltı suların qiymətləri çox aşağı müəyyən edilmişdir. Ona görə də içmək üçün tam yararlı şirin yeraltı suların 80-90 %-i pulsuz (yalnız xidmət haqqı alınır) istifadə edilir. Kür çayının suyu iki böyük su kəməri vasitəsilə Bakı şəhərinə verilir. Hazırda Azərbaycanda qazılmış 150000-dən çox şirin su verən quyuların illik istismar ehtiyatı rəsmi olaraq 5,0 mlrd. kub m. təşkil edir. Bu ehtiyat əslində 7,0-7,5 mlrd. kub m.-dir. Eyni za-manda, yeraltı sular üzrə mineral-xammal bazasını artırmaq üçün ayırmalar həyata keçirilir və su obyektlərinə çirkli maddələrin axıdılmasına görə ödəmələr tutulur.

Sudan istifadəyə görə ödənişlər xüsusi icazələr əsasında istifadə növündən asılı olaraq müəssisə və təşkilatlara tətbiq edilir. Aşağıda göstərilən məqsədlər üçün sudan istifadə zamanı ödəmə tələb olunur:

- su hövzəsindən su yığımını həyata keçirəndə,

- sudan hidroenerji məqsədilə istifadə olunanda,

- faydalı qazıntıların hasilatı, rabitə vasitələrinin, bina və tikililərin yerləşdirilməsi zamanı, qazma işləri aparılan zamanı su akvatoriyasından istifadə olunanda,

- çirkli və tullantı sularının su hövzələrinə axıdılmasından və s.

Aşağıda göstərilən məqsədlər üçün sudan istifadə olunduqda haqq yəni pul alınmır:

- təbii fəlakətlər və qəzaların aradan qaldırılması zamanı su yığımında;

- fermer təsərrüfatında (əkinçilikdə, heyvandarlıqda, quşçuluqda) istifadə olunan suya görə,

- su akvatoriyasının bi0loji resurslarının bərbası zamanı və balıqçılıqda istifadə olunan suya görə,

- dövlət tərəfindən su və ya digər təbii ehtiyatların monitorinqi keçirilərkən və topoqrofik, hidroqrafik, geodeziya sahəsində dövlət tərəfindən elmi tədqiqatlar aparılarkən istifadə olunan suya görə və s. haqq alınmır.

Ehtiyatlardan istifadəyə görə ödəmələr Rusiyada federal, regional və yerli büdcələrə daxil edilir. Ödəmələrin büdcələr arasında paylanma nisbəti ehtiyatların növündən asılıdır.

Rusiyada təbiətdən istifadə vaxtı büdcəyə daxil olan gəlirlər:

- royaltı payı və sudan istifadəyə görə ödəmələr;

- mineral-xammal bazasının artırılması üçün ayırmaların (yığımların) payı;

- torpaq vergisindən və kənd təsərrüfatı torpaqlarının icarəyə verilməsindən alınan gəlirlər;

- şəhər və digər yaşayış məntəqələri torpaqlarının icarəyə verilməsindən alınan vəsaitin müəyyən qismi;

- ətraf mühiti çirkləndirməyə görə ödəmələrin payı (Rusiyada bu rəqəm 10 %, Azərbaycanda isə 100 % təşkil edir).

Adətən, ətraf mühit və təbiətdən istifadə vaxtı dövlət büdcəsinə gəlirlərin məbləği ekoloji məqsədlərə yönəldilən xərclərdən çoxdur. Məsələn, Rusiyada bu rəqəm 1995-ci ildə gəlir üçün 1,98%, xərclər isə 1,03%, 1996-cı ildə isə müvafiq olaraq 3,2% və 0,75% olmuşdur. Azərbaycanda isə bu rəqəm daha aşağıdır.

Təbii ehtiyatlardan istifadə hüququna görə ödəmələr iki hissədən ibarətdir:

1) normativlər daxilində istifadə hüququna görə;

2) normadan artıq istifadəyə görə.

Birinci hissə faktiki olaraq məhsul alıcılarının (istehlakçıların) üzərinə düşür. Əgər bu ehtiyatlar daha səmərəli istifadə edilərsə, istehsalçılar bu hissədə əlavə gə-lir əldə edə bilərlər. Ödəmələrin ikinci hissəsi istehsalçının gəliri hesabına örtülməlidir, çünki həmin məbləğ buraxılan məhsulun maya dəyərinə salınmır.

Təbii ehtiyatların bərpasına (artırılmasına) və mühafizəsinə görə ödəmələr məhsulun maya dəyərinə əlavə edilir və xüsusi fondların mənbəyi olur. Rusiyada ilkin mərhələdə nəzərdə tutulan üç fonddan (meşə, su və Yerin təki) yalnız Yerin təki üzrə fond qalmışdır.

Bütövlükdə, qeyd etmək lazımdır ki, təbii ehtiyatlara görə ödəmələrin qiyməti (ölçüsü) xeyli aşağıdır. Onların vaxtında indeksləşdirilməsi həyata keçirilməli, dünya təcrübəsində ehtiyatlara qiymətqoyma meylləri nəzərə alınmalıdır. Məsələn, cəriməyə görə ödəmə Rusiyada 5 % təşkil edir, ixracata gedən meşə materialı üçün bu rəqəm 40 %-dir. Gələcəkdə müxtəlif təbii ehtiyatlardan istifadəyə görə ödəmələri onların tam iqtisadi qiymətinə müvafiq olan səviyyəyə qədər mərhələlərlə həyata keçirmək lazım gəlir. Belə halda ola bilsin ki, renta iqtisadiyyatı ideyasını həyata keçirmək mümkün olsun. Dövlət büdcəsinin gəlir hissəsi əsasən rentanın tam həcmdə tutulması hesabına da formalaşa bilər.

5. Ətraf təbii mühiti çirkləndirməyə görə ödəmələr və əsas prinsiplər

a) Ətraf mühiti çirkləndirməyə görə ödəmələr:

Ətraf mühiti çirkləndirməyə görə ödəmələr ekoloji pozuntulara görə günahkarın maddi məsuliyyətinin artırılması prinsipinə söykənir və zahiri səmərəyə görə bu məsələ eyni zamanda milli və beynəlmiləl mahiyyət kəsb edir. Bu ödəmələr məhsul istehsalını ümumi xərclərin və ictimai xərclərin real qiymətinə yaxınlaşmasını təmin edə bilər. Ətraf mühiti çirkləndirməyə görə ödə-mələrin təyin edilmə tarixinin bir sıra mərhələləri vardır. Birinci mərhələ, 1990-cı ildə 38 inzibati, siyasi bölgü ilə (respublika muxtar vilayət), diyar, vilayət və s. iştirakı ilə təcrübə həyata keçirildi. O vaxt çirklənməyə görə iki metodik yanaşma təklif edildi:

1) zərər əsasında;

2) təbiəti mühafizə tədbirlərinə lazım olan zəruri xərclərin məbləği qədər.

Yəni ödəmələr əvvəldən müəyyən edilmiş ekoloji normativlərə nail olmaq üçün kifayət etməli idi. Eksperiment göstərdi ki, təbiətdən istifadənin iqtisadi me xanizminin zəruri hüquqi əsası yaradılmalıdır. Deyilənlər təbiəti mühafizə sahəsində qazanılmış müəyyən müsbət nəticələrin ümumiləşməsinə şərait yaratdı. Eyni zamanda bir çox neqativ hallar da aşkar edildi. Xüsusən, aydın oldu ki, əksər müəssisələr təbiəti mühafizə qanunlarına riayət etməyə hazır deyillər. Bununla yanaşı, ətraf mühitə dair dövlət statistikasında qeyri-təkmillik mövcud olduğu aşkar edildi.

İkinci mərhələ 9 yanvar 1991-ci ildən başlayır. O zaman Rusiyada, sonralar isə digər Respublikalarda hər il üçün ətraf mühiti çirkləndirməyə görə ödəmə nor-mativləri müəyyən olunmuşdur. Analoji normativlər Azərbaycanda Respublika Nazirlər Kabinetinin 2 mart 1992-ci il qərarı ilə təsdiq edildi. İki növ normativ müəyyən edildi: həddi yol verilə bilən tullantıları (axıntıları) yerləşdirməyə görə və həmin həddi aşmağa görə.

Ətraf mühitin çirkləndirilməsinə və təbii ehtiyatlardan istifadəyə görə ödəniĢlər mövcud qanunvericiliyə görə aĢağıdakılardan ibarətdir:

- ətraf mühitin çirkləndirilməsinə, istehsalat və məişət tullantılarının yerləşdirilməsinə, habelə təbii resursların istifadəyə görə ödənişlər qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə təbiətdən istifadəçi olan müəssisələrdən, təşkilatlardan və vətəndaşlardan alınır;

- ətraf mühitin müəyyən edilmiş limitlərdən artıq çirkləndirilməsinə görə cərimələr qanunvericilikdə müəyyən edilən qaydada və məbləğdə alınar.

b) Çiklənməyə görə ödəmə prinsipləri:

Ekoloji ziyana görə ödəmələr bazar tarazlığının reallıqlarına uyğun gəlir. Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun olaraq vergi-dövlətin və bələ-diyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məc-buri, fərdi, əvəzsiz ödənişdir. Doğrudan da nəzəriyyədə hər şey məntiqli və sadə görünür. Ətraf mühiti çirkləndirən müəssisələr təsərrüfat fəaliyyətlərini yaxşılaş-dırmağa cəhd edərək bu üsulla çirklənmənin qarşısını alaraq ödəmələrdən azad olunurlar. Ödəmənin miqdarı müəssisənin ətraf mühitə vurduğu ziyanın illik həcminin hesablanmış pulla ifadəsinə bərabərdir.

Çirkləndirməyə görə ödənilən haqq səlahiyyəti dövlət orqanı tərəfindən həyata keçirilir. Çirklənməyə görə alınan ödənişlər, büdcədənkənar ekoloji fondların maliyyələşdirilməsinə yönəldilir. Azərbaycan Respub-likasının vergi sistemində təbii sərvətlərdən istifadəyə, ətraf mühitin çirklənməsinə görə müəssisələr vəsaitlərinin 10 faizini dövlət büdcəsinə köçürməlidirlər. Təəssüfki, həmin ödəmələr təbiəti mühafizə fəaliyyətinin maliyyə əsası kimi qəbul olunan ekoloji fondların möhkəmləndirilməsinə əhəmiyyətli təsir göstərmir.

Müəssisənin ekoloji səmərəliliyi marağı olan daxili və xarici tərəflər üçün daha mühüm əhəmiyyət kəsb edir. Bununla belə ekoloji qanunvericiliyin tətbiqi təcrübəsi göstərir ki, məhsul istehsalçıları öz müəssisələrində istehsal proseslərinə və buraxdıqları məhsula ekoloji nəzarətin təmin olunması tədbirlərini könüllü həyata keçirmək istəmirlər. Çünki, ekoloji normalara riayət olunması tənzimləyici qurğuların tikilməsi və ekoloji təmiz məhsulların yeni texnologiya ilə buraxılması əlavə xərclərlə müşayiət olunur.

Müəssisənin rəhbərləri tərəfindən ətraf mühitin mühafizəsi zəruriliyinin dərk olunma amili çox zaman müəssisənin kommersiya marağından həmişə üstün sayıl-mır. Odur ki, bir çox ölkələrdə, o cümlədən Azərbaycanda, müəssisələr ekoloji təhlükəsizlik normalarına riayət olunmanı təmin etmək üçün ekoloji qanunvericiliyə riayət etməyən istehsalçılara dövlət orqanları cərimə sistemləri tətbiq edirlər. Həmin ödəmələr isə su mənbələrinə və atmosferə zərərli maddələrin buraxılma normalarını pozan müəssisələrə cəza tədbiri kimi əhəmiyyətsizdir. Belə ki, təbiəti çirkləndirən müəssisələr üçün göstərilən ödəmələr mövcud təmizləyici qurğuların modernləşdirilməsi və ya yenilərinin tikilməsi ilə bağlı çəkiləcək xərc-lərlə müqayisədə çox kiçikdir.

Bu sahədə baza normativ sənəd Azərbaycan Respublikası Nazirlər Kabinetinin Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına ödəmələrin tətbiqi və həmin ödənişlərdən gələn vəsaitdən istifadə haqqında‖ qərarla təbiətə çirkləndirici maddələrin axıdılması, tullanması və yerləşdirilməsinə görə ödəmə normaları (hər il indeksasiya edilir) və onların tətbiqi qaydaları müəyyən olunur.

Çirkləndirməyə görə ödəmə metodikası aĢağıdakı prinsiplər əsasında müəyyən edilir:

- təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsinin stimullaşdırılması;

- tullantının (axıntının) hər inqrediyenti üçün ödəmə;

- vahid sahələrarası yanaşma;

- regional xüsusiyyətlərin nəzərə alınması (ekoloji vəziyyət və ekoloji əhəmiyyət əmsallarının tətbiqi);

- ödəmə tutulmasının sadəliyi və rahatlığı.

Ödəmələr aşağıdakılara görə tutulur:

- stasionar (daimi) və səyyar mənbələrdən atmosfer havasına zərərli maddələrin atılmasına görə;

- zərərli maddələrin su obyektlərinə axıdılmasına görə;

- bərk tullantıların yerləşdirilməsinə görə.

Həddi yol verilə bilən atılmalar və axıntılar müvafiq normativlər çərçivəsində tutulan ödəmələr buraxılan məhsulun maya dəyərinə əlavə edilməlidir, toplanan pul vəsaiti isə təbiətin bərpasına yönəldilməlidir. Təbiəti mühafizə obyektlərinin yaradılmasına və onların istismarına yönəldilən cari xərclər də məhsulun maya də-yərinə əlavə edilməlidir.

Ətraf mühiti çirkləndirməyə görə ödəmələrin cəminə aşağıdakılar təsir göstərir:

1) çirkləndirici maddələrin atılmasının (axıdılmasının, yerləşdirilməsinin) ümumi kütləsi (çəkisi, həcmi);

2) çirkləndirici maddələrin aqressivlik (toksiklik) üzrə strukturu;

3) normativ və limitlərə riayət edilməsi;

4) ehtiyat qoruyucu texnologiyadan istifadənin dərəcəsi (səviyyəsi);

5) həyata keçirilən təbiəti mühafizə tədbirlərinin müddəti və həcmi;

6) fəaliyyət göstərən təbiəti mühafizə avadanlığının səmərəsi.

Üçüncü mərhələ, artıq SSRİ-nin dağılmasından, iqtisadi əlaqələrin qırılmasından və MDB ölkələrində inflyasiyadan sonra başladı və ödəmələrin həcmi artırıldı. Məsələn, Belarusiyada 350 dəfə, Rusiya və Ukraynada 250-320 dəfə, Azərbaycanda 10 dəfə artırıldı. Sonralar 1997-ci ildə bu artım 470 dəfə təklif edildi, lakin ödəmələrin minimum əmək haqqı ilə ölçülməsi müəyyən çətinliklər yaratdığından məsələ təxirə salındı.

Ödəmə Ö aşağıdakı düsturla müəyyən edilir:



Burada, mi – zərərli maddənin atılması, ton.

Bi – ödəmə norması (regional əmsallarla birlikdə).

k – pulun dəyərdən düşməsinin (inflyasiya) indeksləşdirmə əmsalı.

Azərbaycanda Nazirlər Kabinetinin təsdiq etdiyi ödəmə normativləri (mart 1992-ci il) atmosferə atılan maddələr üçün nəzərdə tutulmuşdur. Suya atılan mad-dələr üçün Azərbaycan Respublikası təbiəti mühafizə üzrə müvafiq səlahiyyətli icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilmişdir.

Səyyar mənbələrdən (avtomobillərdən) ətraf mühitə atılan çirkləndirici maddələr işlədilən yanacağın həcminə əsasən hesablanır. Bərk tullantıların yerləş-dirilməsinə görə ödəmələr müəyyən edilmiş limitdən, tullantıların toksiklik dərəcəsindən, miqdarından və yığılma yerindən asılıdır. Tullantıların yerləşdirilməsinin baza normativləri tullantının vahid kütləsinin IV sinif toksiklik göstəricisinə və ödəmənin indeksasiya əmsalına hasili kimi təyin edilir.

Təhlillər göstərir ki, zaman keçdikcə ətraf mühiti çirkləndirməyə görə ödəmələr həvəsləndirmə üzrə və təbiəti mühafizəyə vəsait toplamaq sahəsində öz əsas funksiyasını tamamilə yerinə yetirə bilmir. Belə ki, onlar indeksasiya aparılmadığından rəmzi xarakter alır. Məsələn, 1995-ci ildə artım əmsalı Rusiyada 17, Azərbaycanda 10 idi. 2001-ci ilin yanvarından bu əmsal 94 müəyyən edilmişdir, Azərbaycanda isə 2005-ci ilə kimi manatın indeksasiyası aparılmadığından həmin əmsal dəyişməmişdir. Halbuki, manatın qiymətdən düşməsi davam edirdi. Bundan başqa ətraf mühitin çirklənməsi haqqında məlumatlar hər zaman dürüst olmur, belə ki, Azərbaycanda hələ də dəqiq ölçmə işləri həyata keçirilmir. Müəssisələrə çirklənmənin səviyyəsini azaltmaq sərfəlidir. Lakin bunun üçün hələlik imkan yoxdur. Monitorinq də hələlik kifayət qədər geniş tətbiq edilmir. Odur ki, əsasən seçmə ölçmələrdən, laboratoriya sınaqlarından və xüsusi hesablama metodlarından (ilk növ-bədə balans metodu) istifadə edilir. Tullantıların (axıntıların) həcminin müəssisələr tərəfindən gizlədilməsi halları aşkar edilərsə, bunlar limitdən artıq hesab edilir və belə halda artırıcı əmsaldan istifadə edilməsi lazım gəlir. Əgər limit təyin edilməyibsə, onlar limitdən artıq hesab edilir.

Hələ indiyə qədər neft və qazçıxarma sahəsində atmosferə atılan karbohidrogenlərin və digər tullantıların miqdarı dəqiq təyin edilməmişdir. Neft tutumlarının səthindən nə qədər buxarlanma baş verdiyi müəyyən edilməmişdir. Vaxtı ilə normativ itkilərin ətraf mühitə atılmasını gizlədirdilər, halbuki, bu rəqəm 7-9% təşkil edirdi. Eyni sözləri su obyektlərinə axıdılan çirkab suları haqqında da demək olar. Hazırda Azərbaycandakı 80-dən çox şəhər və rayon mərkəzindən bütün kommunal-məişət tullantı suları tamamilə təmizlənmir. Əslində, bu axıntılar qəza hallarında ətraf mühitə axıdılan çirkab sularına bərabər tutulmalı və günahkarlara qarşı yüksəldici əmsal (5-10 dəfə) tətbiq edilməlidir. Halbuki, qəza vaxtı yaylım axıntılar (atılmalar) zamanı, ətraf mühitə, təsərrüfat obyektlərinə böyük zərər dəyir. Belə hallarda, məsələn, Rusiyada iqtisadi sanksiyalar 25 dəfə artırılır. Azərbaycanda isə həmin rəqəm 10-a bərabərdir.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin