Mədəniyyət - insanın keyfiyyət göstəricisidir. Birində çox, başqalarında az ola bilər. Yalnız heyvanlardan və ruhi xəstələrdən heç bir mədəniyyət gözləmək olmaz. Mədəniyyət insanların həyat fəaliyyətini milli səviyyədə sadə təcrübəsi kimi deyil, çoxölçülü, qlobal proseslərlə əlaqədar hadisə kimi qarşımızda durur.
İnsanın mədəniyyəti maddi dövlətlə, geyim və kosmetika ilə tutduğu vəzifəsi və ad-sanla ölçülmür. Hamı özünü mədəni bilir. Ona görə ki, mədəniyyət qarşısın-da konkret ölçü vahidi tətbiq edilmir. Güman olunur ki, özünə, başqa insanlara və ətraf mühitin canlı-cansız komponentlərinə qayğıkeş münasibət göstərə bilən kəs-lər mədəni insanlardır. Bu tələblərdən ən çətini özünə qayğıkeş olmaqla eyni vaxtda, eqoistlikdən kənarda qalmalıdır.
Orta məktəbi bitirənə qədər (yaşlı, uşaq bağçası, ibtidai və orta məktəb) özümüzə qarşı etdiyimiz səhvlərə özümüz məsuliyyət daşıyırıq.
Gənclərin çoxunda özünə qayğı mədəniyyətinin zəif olmasını desək, çox da səhv fikir olmaz. Mədəniyyət – irsi proqramla gəlir, şəxsi həyatda isə sosial şərait-dən asılı olaraq güclənə bilər, zəifləyə də bilər.
Mədəniyyət – bəşəriyyətin iki böyük tədbirini özündə əks etdirir, inkişaf etdirir: dini tədbirlər və elmi-dünyəvi tədbirlər. Elm ilə dini bir-birinə əks qoymaq səhvdir. Onların hər ikisinin bir məqsədi var: insanları heyvan xislətlərindən uzaq-laşdırıb, hər kəsdə insanı sifətləri (mənəviyyatı) gücləndirmək. Bir çox dinlər (islam, buddizm, sintoizm və s.) təbiətə, ətraf mühitə, canlılara münasibətdə maksi-mum humanistlik nümayiş etdirmiş və təbiətlə insanların arasında vəhdət olduğunu göstərmişlər.
Ekoloji mədəniyyətin ölçüsü kimi ekoloji etika çıxış edir. Ekoloji etikaya əxlaq münasibətləri sferasında ―insan-insan‖, ―insan-cəmiyyət‖ ənənəvi münasibətləri ilə yanaşı ―insan-təbiət‖ münasibətlərinin bir sıra cəhətləri daxil edilmişdir.
Ekoloji etikaya məxsus olan əsas xassələr içərisində aparıcı xüsusiyyəti gələcək nəsillərin yaşayacağı təbii mühitə olan qayğı təşkil edir. Ekoloji etikanı onun ənənəvi istiqamətlərindən fərqləndirən onun özünü gələcəyə çevirməklə, indinin qayğısına qalmasıdır.
Təbiət və cəmiyyət münasibətlərində yaranan və ildən – ilə daha da kəskin, düşmənçilik xarakteri alan və ekoloji böhtanlarla, kataklizmlərlə nəticələnən qlobal problemlərin proqnozu əsaslı zəmin yaratdı ki, ekoloji mədəniyyətin tərəqqisi, təşəkkülü və formalaşması bəşəriyyətin hazır ki, mövcud situasiyadan çıxması üçün ən prioritet istiqamət sayılmalıdır. İnsan və onu əhatə edən təbii sosial və ətraf mühit müasir, mütərəqqi və yeni ekoloji mədəniyyət tipinin – ―humanist (noosfer) tipi‖ – formalaşması üçün stimullaşdırıcı zəmin yaradıb. BU yeni tip böyük çətinliklərlə və müxtəlif səviyyələrdə formalaşsa da ekoloji mədəniyyətin bütün sfera və yarımsistemlərini (ekoloji, sosial və istehsalat münasibətləri, ekoloji şüur, fəaliyyət, ictimai institutlar və nəhayət ən əsası ekoloji təhsil və tərbiyə) tamamilə əhatə edir. Elmi ədəbiyyatda ekoloji mədəniyyət sisteminin 2 prioritet istiqaməti – maddi (təbiətlə cəmiyyətin qarşılıqlı təsirlərinin bütün formaları və nəticələri) və mənəvi (ekoloji biliklər, bacarıqlar, inam, vərdişlər) ayırd olunur. Y.D.Safronov (1992) cəmiyyətin ekoloji mədəniyyətini 2 dialektik qarşılıqlı əlaqə sisteminin elementləri (ekoloji münasibətlər, ekoloji çüur və ekoloji fəaliyyət)kimi təsəvvür edir. Ekoloji münasibətlərin tərkibində 2 əsas struktur elementə daha çox üstünlük verilir: sosial- ekoloji və real – praktiki münasibət. Sosial – ekoloji münasibət – insanların yaşadığı süni mühitdə onların arasında yaranan münasibətdən ibarət olub, təbii ətraf mühitə dolayısı yolla olsa da təsir göstərir. Real – praktiki münasibət – insanın bilavasitə təbii yaşayış mühitini, maddi – istehsalın bütün həyat fəaliyyəti sferalarını (insanın təbii resursları, enerji və maddi nemətləri mənimsəməsi proseslərində) və təbiət – insan əlaqələrini ifadə edir. Ekoloji fəaliyyət – insanın həyat fəaliyyətinin bütün maddi – mənəvi – ideal sferaları ilə əlaqədar olan təbii mühitin dərk olunması, mənimsənilməsi, dəyişdirilməsi və qorunub saxlanmasını əks etdirir. İnsan Yer üzrəində yarandığı ilk anlardan başlayaraq ekoloji fəaliyyətə meyl göstərmişdir. Bu baxımdan, ekoloji fəaliyyət praktiki planda əsas etibarı ilə insanın təsərrüfat və təbiətdən istifadə sahəsindəki fəaliyyətindən ibarətdir. Sosial münasibətdə insanın kütləvi istimai fəaliyyəti zamanı təbii resursların qorunması və bərpa olunması istiqamətində həyata keçirdiyi proseslər daha önəmli yerdə durur. Müasir dövrdə cəmiyyətin ekoloji mədəniyyətinin yeni 4 tipini qoruyub saxlamaq üçün xüsusi sosial institutlarda həmin elmi terminin geniş mənada əks olunmasına çox böyük ehtiyac duyulur. Bunun üçün öncə ekoloji elmi və idarəetmə müəssisələri və təşkilatlarının yaradılması lazımdır. Bu planetar və bəşəri əhəmiyyətli prosesdə maarifləndirmə işlərinin aparılmasına orta və ali məktəb müəllimləri, şagirdlər, tələbələr, magistrlər, doktorantlar, dövlət və qeyri – hökümət təşkilatları, ümumilikdə isə bütün ictimaiyyət cəlb olunmalı, hər kəs öz mənəvi vətəndaşlıq borcunu yerinə yetirməlidir.
Ekoloji mədəniyyətin formalaşmasında əsas vasitələrdən biri məqsədyönlü ekoloji təhsil olmalıdır.
Dostları ilə paylaş: |