Balaxanı Sənaye Parkının yaradılmasında əsas məqsəd təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaradır. Park ərazisində mexaniki emal və istehsal qurğuları üçün bütün şəraitlər və lazımi dəstək hökumət tərəfindən təmin edilir, Sənaye Parkının Balaxanı poliqonuna və tullantıların yandırılması zavoduna, o cümlədən əsas nəqliyyat qovşağına yaxınlığı xammal və enerji təchizatı və əldə edilmiş xam material və ya istehsal edilmiş məhsulun asanlıqla satış bazarına çıxmasına alverişli imkan yaratmış olur.
Bundan əlavə, bu sahədə bir neçə pilot layihələr də mövcuddur. Qala qəsəbəsi ərazisində pilot layihə kimi tullantıların düzgün idarə edilməsi sisteminin qurulması üçün "Təmiz şəhər” ASC tərəfindən 'Təmiz Qala" layihəsi həyata keçirilir. Layihənin məqsədi Qala qəsəbəsi ərazisində tullantlların yığımı və daşınmasını, o cümlədən sonrakı utilizasiyasını müasir standartlara uygun təşkil etməkdir. Layihə çərçivəsində qəsəbə ərazisində tullantıların toplanması üçün 150dən artıq tullantı meydançası qurulmuş və tullantıların mütəmadi daşınması təşkil edilmişdir. Bundan əlavə, tullantı konteynerləri sanitariya və gigiyena normalarma uygun mütəmadi yuyulur və dezinfeksiya edilir. Qəsəbə ərazisində fəaliyyat göstərən bütün texnika GPS naviqasiya sisteminə qoşulub, bu isə istənilən zaman texnikanm işini, harada yerləşdiyini izləmək və kontrol etmək imkanı yaradır. Müəssisədə tullantıların idarə edilməsinin düzgün və səmərəli icrası məqsədilə tullantıların üzvi və qeyri-üzvi tullantılar üzrə çeşidlənməsi sistemi tətbiq edilir. Bu məqsədlə iki müxtəlif rəngdə - yaşıl va göy rəngdə konteynerler təchiz edilmişdir. Qəsəbə sakinlərinin çeşidləmə prosesində fəal iştirakını təmin etmək üçün bu istiqamatdə əhali arasında geniş təşviqat işləri həyata keçirilir. Tullantıların çeşidlənməsi və təkrar emalı təbii sərvətlərə və enerjiyə qənaət, həmçinin ucuz xammal bazarının genişləndirilməsi deməkdir.
Digər pilot ərazi İçəri Şəhər ilə bağlıdır. "İçəri Şəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu ərazisində yaranan bərk məişət tullantılarının daha səmərəli idarə edilməsi məqsədilə 2010-cu ilin fevral ayından etibarən Heydər Əliyev Fondunun dəstəyi ilə "Təmiz Şəhər” ASC tərəfindən tullantıların çeşidlənməsi üzrə tədbirlər hayata keçirilir.
Dostları ilə paylaş: |