2. Baza (fon) monitorinq sistemi. Ümumi biosfer hadisələrini, antropogen təsirləri nəzərə almayan, əsasən, təbii proseslərin izlənməsindən ibarət sistemdir. Fon monitorinqində müşahidə obyekti rolunu bütövlükdə biosfer və onun iri bölümləri olan biomlar oynayır. Baza monitorinqi təbii proseslərdəki dəyişikliklərin vəziyyəti və proqnozlaşdırılması üzərində müşahidələr sistemidir.
3. Milli monitorinq sistemi. Bu monitorinq ölkə miqyasında aparılan monitorinq növüdür.
4. Regional monitorinq sistemi. Regional monitorinq hər hansi bir region hüdudlarındakı ətraf təbii mühitlə baglı proses və hadisələrin izlənməsindən ibarətdir.