Sxem 4.
“Ödəməyə hazır olmaq” konsepsiyasının modeli
Tarazlıq qiyməti ehtiyatın yalnız minimum qiymətini göstərir. Müəyyən ekoloji rifahın dəyəri bazar qiyməti və əlavə qiymətlər toplusu ilə təyin edilə bilər və tələb əyrisi altındakı sahə - AEQoO olar. İstehlakçının əlavə məbləğini işarə edir, göstərir ki, faktiki ödəməli olduğundan çox ödəməyə hazırdır. Ehtiyatın qiyməti olmadığı halda istehlakçı artığının zonası tələb əyrisi altındakı sahə olacaqdır. ―Pulsuz‖ ekoloji rifahın və xidmətin itirildiyi halda firavanlıq iri itkilərə məruz qalacaqdır.
Təbiətin mühafizəsi və təbii ehtiyatlardan istifadənin yaxşılaşdırılmasının mühüm istiqamətlərindən biri təbii ehtiyatların və təbii xidmətlərin iqtisadi qiymətinin müəyyən edilməsidir. Ətraf mühit üç funksiyanı təmin edir:
1) təbii ehtiyatlarla təminat;
2) tullantı və çirkləndiricilərin assimilyasiyası;
3) insanların rekreasiya, estetik zövq və bu kimi təbii xidmətlərlə təmin edilməsi.
Bu üç funksiyaya təbii ətraf mühitin vahid baş funksiyasının komponentləri kimi də baxıla bilər.
Qeyd etmək lazımdır ki, nə mərkəzdən planlaşdırılan iqtisadiyyat nə də, bazar iqtisadiyyatı təmiz ətraf mühitin, təbii ehtiyatların real əhəmiyyətini qiymətləndir-mək, onların həqiqi qiymətini müəyyən etmək iqtidarında olmamışlar.
Təbii ehtiyatların real qiymətləri bazar iqtisadiyyatında səmərəli mexanizmlərdən biri ola bilər. Müəssisələrdə təbiətdən qeyri-səmərəli istifadə zamanı onların nəzərə alınmaması istehsal göstəricilərinin pisləşməsinə gətirib çıxarır ki, bu da özünü maliyyə nəticələrində göstərir.
Təbii ehtiyatların qiymətlərinin nəzərə alınması inkişaf alternativlərin iqtisadi səmərəliliyinin əsaslandırılmış şəkildə müəyyən edilməsinə imkan verərdi. Qiy-mətlərin tətbiq edilməsi əsaslı tikinti variantlarının seçiminə böyük təsir göstərə bilər. Məsələn, tikinti üçün kənd təsərrüfatında istifadə edilə və məhsul verə biləcə-yinin nəzərə alınması, tikinti obyektinin maksimal yığcamlaşdırılması və ya səmərəsiz torpaq sahələrinin cəlb edilməsi hesabına bahalaşması və investisiya la-yihəsində dəyişikliklər aparılması məqsədəuyğunluğunu aşkar edə bilər.
Təbii ehtiyatların real qiymətləndirilməsi iqtisadiyyatda ehtiyatlara qənaətlə istifadəyə mane olur. Təbii ehtiyatların itkilərinin, iqtisadiyyatın təbiət tutumluğunun yüksəlməsinin əsas səbəblərindən biri də avadanlıqların aşınmasının bütün yol verilən normaları aşmasıdır. Neftçıxarma sənayesindəki vəziyyət Azərbaycan iqtisadiyyatının texnogen inkişafı üçün səciyyəvidir. Təbii ehtiyatların qiymətlərinin ölkənin milli sərvətinə daxil edilməsi məqsədəuyğundur. Bu vaxta qədər milli sərvətin tərkibinə yalnız əsas fondların, maddi dövriyyə vəsaitlərinin və əhalinin şəxsi əmlakının daxil edilməsi ekoloji amilin lazımi səviyyədə qiymətləndirilməməsini sübut edir. Bununla belə, bu qiymət milli sərvətin əsas tər-kib hissəsi olaraq ölkənin təbii potensialını əks etdirir. Bu potensial ictimai sərvətlə (yığılmış istehsal və qeyri-istehsal fondları) yanaşı bir çox hallarda milli təsər-rüfatın perspektiv inkişafını müəyyən edir.
Praktiki tədbirlərin əsasını təşkil edən iqtisadi qiymətləndirilmənin konsepsiyası, ətraf mühit və onun ehtiyatları tərəfindən göstərilən xidmətlərə görə ödəməyə hazırlığından ibarətdir. İqtisadi qiymətlərin təyin edilməsində bir sıra yanaşmalar mövcuddur. Onlar aşağıdakılara əsaslanır:
- Rentaya;
- Xərclər yanaşmasına;
- Alternativ dəyərə;
- Ümumi iqtisadi qiymətlərə (dəyərə);
- Subyektiv qiymətləndirməyə və s.
Yuxarıda adları çəkilən rifahların iqtisadi qiymət-ləndirilməsi metodlarını məqbul hesab etmək olar. Onların ümumi çatışmayan cəhəti qiymətlərin aşağı sa-lınmasıdır (uzlaşdırılmasıdır). Ona görə də, təbii ehtiyatların bazar qiymətləri real ictimai xərcləri və gələcəkdə əldə ediləcək qiymətləri əks etdirmir. Ənənəvi bazar yalnız təbii ehtiyatlarla təminatı qiymətləndirir. Tullantıların və çirklənmənin assimiliyasiyası kimi funksiyalar bazar sistemində öz əksini tapmır.
Təbii ehtiyatların iqtisadi qiymətləndirilməsi əsasən birbaşa hesablama metodları və yaxud dolayısı yolla təyin edilirlər. Təbii rifahların və xidmətlərin iqtisadi qiymətləndirilməsi onların bazar dəyəri ilə uyğun gəlməyə bilər. Lakin o, təbii obyektlərin icarəyə verilməsində, daşınmaz əmlaka vergilərin hesablanmasında və s. mütləq nəzərə alınmalıdır.
Hazırda ekoloji rifah və xidmətlərin qiymətləndirilməsi genişləndirmə üsulu, tam iqtisadi qiymət konsepsiyasına əsaslanır. Tam iqtisadi qiymətləndirmənin əsas istiqamətləri aşağıdakılardır:
1) istifadənin qiyməti (əhəmiyyəti);
2) istifadə ilə əlaqədar olmayan qiymət.
Öz növbəsində istifadə qiyməti həm birbaşa, həm də dolayısı istifadədən ibarətdir. Ekoloji rifahlardan faktiki və birbaşa istifadə qiyməti əldə olunan gəlirin köməyi ilə ölçülə bilər. Dolayısı istifadənin qiyməti estetik, rekreasiya və s. tələbatların ödənilməsi sayəsində əldə edilən əlavə gəlir ilə ölçülür.
İstifadə ilə əlaqədar olmayan qiymət 3 elementdən ibarətdir:
a) təxirə salınmış alternativ qiymət (gələcək istifadənin verəcəyi fayda);
b) irs qiyməti (gələcək nəslin istifadə edəcəyi fayda);
c) həyat (mövcudolma, yaşayış) qiyməti (təmiz, rəngarəng və məhsuldar ətraf təbii mühitin faktiki verdiyi fayda).
Dostları ilə paylaş: |