Təbii sərvətlərin iqtisadi qiymətləndirilməsində mühüm meyarlardan biri istehsalın, xammal ehtiyatına olan tələbatının ödənilməsində və ətraf təbii mühitin mühafizəsində normalara və qanunçuluğa ciddi qaydada əməl etmək və əsaslı vəsait qoyuluşunun istifadəsində səmərəlilik səviyyəsidir. Təbii sərvətlərin iqtisadi qiymətləndirilməsi mineral xammal ehtiyatlarının istifadəsi üzrə istehsal fəaliyyətini pul ifadəsində əks etdirilməsidir.
Təbii sərvətlərin bərpasına və təkrar istehsalına yönəldilənəsaslı vəsait qoyuluşu texniki vasitələr, əşyalanmış əmək həmin sahənin iqtisadiyyatını xeyli yüksəldir. Lakin, bu halda səmərəlilik təbii sərvətlərdən xalq təsərrüfatı miqyasında istifadəni tənzim edən iqtisadi mexanizmdən asılıdır.
Təbii sərvətlərin iqtisadi qiymətləndirilməsi öz xarakterinə görə dəyər ifadəsi və haqq qoyulmasıproblemindən fərqlənir. Təbii sərvətlərə haqq qoyulması iqtisadi qiymətləndirilmə mexanizminin həyata keçirilməsi deyildir. İqtisadi qiymətləndirmə mexanizmi və digər faydalı qazıntı mədənlərinin istismara verilməsinin texniki-iqtisadi əsasları göstərilən sərvətlərdən kompleks istifadə edilməsinə və bunun texniki-iqtisadi cəhətdən düzgün əsaslandırılmasına sərf edilən əsaslı vəsait qoyuluşunun sərfəliliyini nəzərə almalıdır. Burada emal edilən ilkin və təkrar xammal sərvətlərinə vəsait qoyuluşundan istifadə edilməsi mühüm iqtisadi mexanizm kimi qəbul edilməlidir.