Təbii sərvətlərin, iqtisadi qiymətləndirilməsinin əsas göstəricisi təkcə çıxarılan xammalın dəyəri deyil, həm də onların istifadəsindən alınan iqtisadi səmərədir
Təbii sərvətlərin, iqtisadi qiymətləndirilməsinin əsas göstəricisi təkcə çıxarılan xammalın dəyəri deyil, həm də onların istifadəsindən alınan iqtisadi səmərədir. Bu halda qiymət, ölçü funksiyasını yerinə yetirərək, həmin növ məhsulda orta məsrəf göstəricilərini əks etdirir. Təbiət elementləri müəyyən ictimai faydaya malik olmaqla qiymətin daşıyıcısı kimi çıxış edir və buna görə də qiymətləndirmə obyekti kimi ehtiyatlar ictimai istehlak dəyərinə malikdir.
Təbii ehtiyatların iqtisadi dəyəri bir neçə üsulla müəyyən edilir:
Təbii ehtiyatların qiymətləndirilməsinin bu üsullarının heç də hamısı tam əsaslandırılmamışdır. Bu üsullar əsasında təqribi iqtisadi dəyər müəyyən edilir. Renta əsasında təbii ehtiyatların qiymətləri daha yaxşı işlənib hazırlanmışdır. Burada təbii ehtiyatların ödənilən qiyməti (yaxud icarə haqqı) başa düşülür. Renta üsulu ilə qiymət: