Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022


P=R/r kimi hesablanır. Burada, P



Yüklə 0,77 Mb.
səhifə61/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   57   58   59   60   61   62   63   64   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

P=R/r kimi hesablanır.

Burada, P-torpaq ehtiyatının qiyməti, R- rentanın illik miqdarı, r-əmsal (vahiddən kiçik olmaqla) bank faizinin korrelyasiya əmsalıdır.

Təbii ehtiyatların hazırlanması və istifadəsinə çəkilən xərclərin cəmi, ehtiyatın xərclərə görə qiymətləndirməsi hesab edilir. Alternativ dəyər əldən çıxmış dəyər kimi başa düşülür. Təbii ehtiyatların iqtisadi dəyəri a) real dəyər (həqiqi), b) potensial dəyər (gələcəkdə istifadə imkanı nəzərə alına bilən) və c) ehtiyatın mövcudluğunun əhəmiyyəti nəzərə almaqla müəyyən edilir.

Elmi-texniki inqilabın və məhsuldar qüvvələrin inkişafı şəraitində, eləcə də məhsulların pərakəndə satış qiyməti siyasətindən asılı olaraq mineral xammal sər-vətlərinin qiymətləndirilməsi təkmilləşdirilir. Bu və ya digər təbii sərvətlər texniki tərəqqi şəraitində istifadə prosesində kəmiyyət və keyfiyyət dəyişikliyinə uğrayır, ardıcıl olaraq müxtəlif sahələrdə əmək predmeti və əmək aləti, istehsal vasitəsi kimi çıxış edir. Məsələn, dəmir, polimetal, alunit filizləri təkcə metal alınması üçün deyil, həm də kimyəvi, tikinti, şüşə, aqronomik xammal üçün də geniş istifadə edilir. Göründüyü kimi, mineral xammal sərvətlərinin faydalılığı təkcə onun təbii keyfiyyətlərindən asılı deyildir. Elmi-texniki tərəqqinin və məhsuldar qüvvələrin inkişafından, ictimai tələbatdan və təbii sərvətlərin kompleksliyindən asılı olaraq bu və ya digər ilkin məhsulların faydalılığı da dəyişir.




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin