3. Ekoloji təyinatlı ziyanların həcminin təyin olunması
Təbiəti mühafizə tədbirlərinin səmərəsi – qarşısı alınmış, dəf edilmiş ziyanın təyin edilməsi ziyanın müəyyənləşdirilməsi üsuluna əsaslanır. Ətraf mühitin çirklənməsi nəticəsində dəymiĢ ziyan - faktik və ya mümkün olan itkilərdir: 1) ekoloji, 2) sosial və 3) iqtisadi.
İki cür ziyan ayırırlar: bilavasitə və dolayısı ziyan. Maddi dağıntılar, təbii mühitin tənəzzülü, dolayısı ziyan-əlilliyin artımı, xəstəliklər, insanların sağlamlığı-nın pisləşməsi, təsərrüfat sahələrində məhsuldarlığın aşağı düşməsi və s. Bilavasitə ziyanı qiymət və ya natural hesablama ilə müəyyən etmək olur, dolayısı ziyanı isə hesablamaq (qiymətləndirmək) çətindir.
Hesablamaya yatan ziyanlar iqtisadi və sosial – iqtisadi ziyanlardır. Birinci qrupa aiddirlər:
- alınmamış məhsul;
- bina və qurğuların xidmət müddətinin qısalması (azalması);
- tullantıların xammal kimi istifadəyə yararlı olması;
- çirklənmənin nəticələrinin ləğvinə sərf olan xərclər;
- bərpaya lazım olan xərclər;
- çirklənmə nəticəsində xəstəliyə görə əmək məhsuldarlığının azalması və s.
Dostları ilə paylaş: |