Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022


Sosial-iqtisadi ziyan aşağıdakı struktura malikdir



Yüklə 0,77 Mb.
səhifə88/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   84   85   86   87   88   89   90   91   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

Sosial-iqtisadi ziyan aşağıdakı struktura malikdir:

- xəstəliklərin artımı ilə əlaqədar səhiyyəyə və ictimai təminata çəkilən xərclər;

- rekreasiya (istirahət) ehtiyatlarının saxlanması üçün xərclər;

- ekoloji səbəblərə görə əhalinin miqrasiyası (köçməsi, yerdəyişməsi) xərcləri;

- istirahət üçün əlavə xərclər.

Dolayı ziyanların (ekoloji və sosial) miqdarı (kəmiyyətcə) qiymətləndirməyə yatmırlar, onları şərti hesablanan ziyanlar adlandırırlar.

Sosial ziyanlar aĢağıdakılardır:

- landşaftın korlanması sayəsində estetik ziyan;

- ölüm hallarının çoxalması ilə yaranan patoloji ziyanlar;

- psixoloji ziyanlar.



Ekoloji ziyanlar unikal ekosistemlərin dağılması, növlərin məhv olması, yoxa çıxması, genetik itkilər və s. ilə əlaqədardır.

Atmosferin (havanın) çirklənməsindən dəyən iqtisadi ziyan aşağıdakı xərclərin cəmindən əmələ gəlir: xəstələnmələrin artması nəticəsindəki xərclər, əsas fondların təmirinin sayının artması, onların xidmət müddətinin azalması, kənd təsərrüfatı torpaqlarının məhsuldarlığının azalması, meşələrin məhsullarının azalması və s. Bu yanaşma çoxlu miqdarda ilkin informasiya tələb edir və iqtisadi ziyanı daha dəqiq təyin edir. Təcrübədə, adətən iqtisadi ziyanın yuvarlaqlaşdırılmış qiymətləndirilməsi üsulundan istifadə edirlər. Bu təxmini qiymətləndirmə olsa da, daha ümumi məsələləri həll etmək üçün əsas ola bilər.

Ziyan hesablama yolu ilə təyin edilir, həm də məhsul hasilatına dəyən xüsusi ziyanın hesablanması ilə də təyin edilə bilər.

Təxmini metodla hesablamalar göstərir ki, cəmiyyətə dəyən ziyan hava hövzəsinin çirklənməsindən 60%, su hövzəsinin çirklənməsindən 30 % və bərk tul-lantılarla çirklənmədən 10 % təşkil edir. İnkişaf etmiş xarici ölkələrdə təbiətdən səmərəsiz istifadəyə görə dəymiş iqtisadi ziyan ümumi daxili məhsul-un 4-8 % - ni təşkil edir. Rusiya üzrə ümumi ziyanın qiyməti 15-17% təşkil edir. Azərbaycanda bu rəqəm daha yüksəkdir.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin