Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022


Dövlət ekoloji ekspertizasının məqsəd və vəzifələri



Yüklə 0,77 Mb.
səhifə43/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

Dövlət ekoloji ekspertizasının məqsəd və vəzifələri aşağıdakılardan ibarətdir:

1) Dövlət ekoloji ekspertizası təsərrüfat və başqa fəaliyyətlər nəticəsində ətraf mühitə təsirin qiymətləndirilməsinin dolğunluğunu, qəbul olunan qərarların ekoloji təhlükəsizlik dərəcəsini, təbii sərvətlərdən səmərəli istifadə və ətraf mühitin mühafizəsi barədə təklif olunan tədbirlərin səmərəsini müəyyənləşdirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təşkil olunur və həyata keçirilir;

2) Dövlət ekoloji ekspertizası ətraf mühitin mühafizəsi üçün zəruri tədbirlər və ətraf mühitə təsir göstərə biləcək təsadüfi qərarlar qəbul olunmasının qarşısını alır;

3) Dövlət ekoloji ekspertizasının vəzifələri:

- nəzərdə tutulan və həyata keçirilən, ətraf mühitin vəziyyətinə və əhalinin sağlamlığına hazırda və ya gələcəkdə bilavasitə və ya dolayısı ilə təsir göstərə biləcək, təsərrüfat və başqa fəaliyyətlərin ekoloji təhlükəliliyi səviyyəsini müəyyən etmək;

- layihələşdirilən təsərrüfat və başqa fəaliyyətlərin ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə, gigiyena-sanitariya normalarına və qaydala-rına uyğunluğunu qiymətləndirmək;

- nəzərdə tutulan ətraf mühitin mühafizəsi tədbirlərinin keyfiyyətinin nə dərəcədə əsaslı olduğunu müəyyən etmək.

Dövlət ekoloji ekspertizası aşağıdakıları rəhbər tutur:

2) beynəlxalq hüquq öhdəlikləri;

3) qanunçuluq, elmi əsaslılıq, aşkarlıq prinsipləri, ekoloji, sosial, mühəndis-texnoloji, texniki, arxitektura planlaşdırma, iqtisadi və başqa qiymətlilərin

inteqrasiyası prinsipləri;

4) təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin kompleks sosial-ekoloji-iqtisadi qiymətləndirilməsinin nəticələri;

5) bütün insanların sağlamlığı və rifahı üçün əlverişli ətraf mühitə malik olmaq hüququnu;

6) indiki və gələcək nəsillərin mənafeyi naminə ekoloji tarazlığın, genefondun və canlı təbiətin rəngarəngliyinin qorunub saxlanılmasını təmin etmək zərurətini;

7) qəzaların baş verməsinin mümkünlüyünü;

8) ətraf mühitin qorunub saxlanılmasının cəmiyyətin inkişafının ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilməsini.

Dövlət ekoloji ekspertizasının obyektləri aşağıdakılardır:

1) ölkə və iqtisadiyyat sahələri üzrə məhsuldar qüvvələrin inkişafına və yerləşdirilməsinə dair dövlət və yerli proqramların layihələri;

2) iqtisadiyyat obyektlərinin və komplekslərinin tikintisinin (yenidən qurulmasının, genişləndirilməsinin, yeni texnika ilə təchiz edilməsinin) və ləğv olunmasının texniki-iqtisadi əsaslandırmaları (hesablamaları), layihələri, ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədləri;

3) yeni texnikanın, texnologiyanın, materialların və maddələrin yaradılmasına, o cümlədən başqa ölkələrdən idxal edilməsinə dair sənədlər;

4) təsərrüfat fəaliyyəti və ya fövqəladə vəziyyət nəticəsində yaranmış ekoloji şərait;

5) regionda, ayrı-ayrı təbiət obyektlərində və komplekslərində (ekosistemdə) ekoloji şərait və s.




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin