Mühazirələr konspekti Ümumi kurs (Elektron variantı 127 s.) Baki 2010 Ön söZ



Yüklə 0,82 Mb.
səhifə15/66
tarix04.04.2023
ölçüsü0,82 Mb.
#93041
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   66
Mühazirə- Avtoservis müasir texnologiyalar

MÖVZU 7. DƏZGAH TƏRTİBATLARI


Tərtibatların təsnifatı.
Emal edilən pəstahları və ya kəsici alətləri dəzhahda yerləşdirmək və bərkitmək üçün istifadə edilən qurğulara dəzgah tərtibatları deyilir.
Dəzgah tərtibatları emal edilən hissənin formasından, qabarit ölçülərindən, qoyulan tələbdən, istehsalın tipindən asılı olaraq seçilir.
Tərtibatdan istifadə edilməsi bir neçə hissəni ,eyni zamanda, bir neçə kəski ilə emal etməyə, məhsuldarliğı və emal dəqiqliyini artırmağa imkan verir, tıhlükəsizliyi yüksəltməyə şərait yaradır. Dəzgah tərtibatları üç əsas qrupa bölünür:
- universal;
- xüsusiləşdirilmiş və
- xüsusi.
Dəzgahların tipindən asılı olaraq tərtibatlar toma, burğu, frez və s. növlərə də bölünür.
Universal tərtibatlardan müxtəlif forma və ölçülü pəstahların yerləşdirilmşsində istifadə edilir. Bu tərtibatlar əlavə sazlanma tələb etmir. Universal tərtibatlara dəzgah məngənələri, dönə
bilən masalar, bölücü qurğular, mərkəzlər, xomutlar və s. aid edilir.
Xüsusilsiləşdirilmiş tərtbatlar universal sazlananunuversal - yığma tərtibatlara bölünür. UST dan kiçik və orta seriyalı istehsalda müxtəlif forma və ölçülü hissələrin qrup halında emalı zamanı istifadə edilir. Bu tərtibatlara hidravilk və pnevmatik məngənələri,mərkəz aşıqlarını və s. misal göstətmək olar.
Universal yığma tərtibatlar (UYT) standart hissə və
düyünlərdən yığılır. Burğu tərtbatlarının və konduktorların 60 % -i, frez tərtibatlarının 30 % -i normallaşdırılmış elementlərdən yığılır.
Xüsusi tətibatlardan iri seriyalı və kütləvi istehsalda eyni adlı hissələrin eyni səthlərinin emalında istifadə edilir.


TƏRTİBATIN ELEMENTLƏRİ.
Tərtibatın əsas elementlərinə yerləşdirmə, sıxıcı, qüvvə intiqalları, istiqamətləndirici, bölücü qurğular, gövdə, köməkçi və bərkidici elementlər aid edilir.
Yerləşdirmə elemenrlərinə dayaqlar deyilir və emal edilən hissələri baza səthləri üzərində yerləşdirməm üçün istifadə edilir. Dayaqlar əsas və köməkçi növlərə bölünür.
Əsas dayaqlar yüklənən dayaqlar adlanır və sıxıcı və kəsici qüvvələrin təsirinə məruz qalır.
Köməkçi dayaqlar yüklənmir, hissəni istiqamətləndirir və onun deformasiyaya məruz qalmasına imkan vermir.
Konstuksiyasına görə dayaqlar daimi, nizamlanan və özü qurulan növlərə bölünür.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin