Mühazirələr konspekti Ümumi kurs (Elektron variantı 127 s.) Baki 2010 Ön söZ


Mövzu 19. qaynaq və üstəritmə ilə



Yüklə 0,82 Mb.
səhifə48/66
tarix04.04.2023
ölçüsü0,82 Mb.
#93041
növüMühazirə
1   ...   44   45   46   47   48   49   50   51   ...   66
Mühazirə- Avtoservis müasir texnologiyalar

Mövzu 19. qaynaq və üstəritmə ilə

hissələrin bərpası

Avtotəmir istehsalında hissələrin ən geniş yayılmış bərpa üsullarından biri qaynaq və üstəritmədir.


Hissələrin 40%-dən çoxu bu üsullarla bərpa edilir.
Qaynaqdan hissələrdə mexaniki zədələrin (çatların, qırıqların, batıqların və s.) bərpasında, üstəritmədən isə hissələrdə yeyilməni kompensasiya etmək məqsədilə onların səthinə metal örtüklər çəkmək üçün istifadə edilir.
Aparılma üsulundan asılı olaraq qaynağın əl ilə və mexanikləşdirilmiş növləri vardır.
I. Əl ilə qaynaq nbvləri:

  • qaz qaynağı;

  • elektrik – qövs qaynağı;

  • arqon – qövs qaynağı.

II. Mexanikləşdirilmiş qaynaq növləri:

  • flüs təbəqəsi altında avtomatik qaynaq;

  • karbon qazı mühitində qaynaq;

  • su buxarı mühitində qaynaq;

  • plazma qövslü qaynaq;

  • vibroqövslü - titrəyən qövs qaynağı;

  • kontakt qaynağı;

  • sürtünmə ilə qaynaq.

Qaz qaynağından bir qayda olaraq kuzovların, metaldan olan kabinaların, çuqun hissələrdə çatların bərpasında istifadə edilir.
Mexaniki zədələrin bərpasında qaz qaynağından başqa, elektrik – qövs, arqon – qövs, karbon qazı mühitində elektrokontakt və s. qaynaq növləri də geniş tətbiq edilir.
Hissələrin yeyilmiş səthinə metaldan örtük çəkmək üçün ən geniş yayılmış mexanikləşdirilmiş üstəritmə üsullarından: flüs təbəqəsi altında avtomatik elektrik – qövs qaynağını, karbon qazı mühitində vibroqövslü, plazma qövslü və s. üstəritmələri misal göstərmək olar.
Göstərilən qaynaq növlərinin hər hansı birindən istifadə edilərkən, əsas metalın soyuq halda əhatəsində ərimiş metal vannası əmələ gəlir. Ərimiş metalın soyuması ilə rekris­tallaşma prosesi baş verir. Qaynaq vasitəsi ilə əsas metalın sərhəddində termiki təsir zonası əmələ gəlir. Qaynağın keyfiyyətinə termiki təsir zonasının dəyişməsinin böyük təsiri vardır.
Termiki təsir zonasında metalın mexaniki xüsusiyyətlərinin (bərkliyi, dəyanətlilik həddi, möhkəmliyi və s.) struktur dəyişməsi baş verir və əsas metalda daxili gərginliklər və deformasiya əmələ gəlir.
Termiki təsir zonasının dərinliyi qaynağın növündən və recimindən, qaynaqedilən metalların kimyəvi tərkibindən, hissələrin başlanğıc və ətraf mühitin temperaturundan asılıdır.
Qazla qaynaqlamada termiki təsir zonasının dərinliyi 25-30 mm, elektrik – qövs qaynağında isə 2-6 mm olur. Qaynaq cərəyanının və qazyandırıcının (qarelkanın) gücü nə qədər çox olarsa termiki təsir zonasının dərinliyi bir o qədər çox olar.
Qaynaq və üstəritmə aparmazdan əvvəl hissəni qaynağa hazırlamaq lazımdır. Hissələrin qaynağa hazırlıq işlərinin həcmi və xarakteri qüsurun növündən asılıdır. Məsələn, çatı qaynaq etmək üçün onun uclarını 3-5 mm diametrdə deşirlər ki, çat uzanmasın, sonra çat boyu hissə cilalayıcı maşının (əl ilə) köməyi ilə Y və X şəkilli yonulur. Hissənin qalınlığı 5 mm-dən az olduqda çatların üst hissəsi təmizlənir, qalınlığı 5 mm-dən çox olarsa Y şəkilli, 12 mm-dən çox olduqda isə X şəkilli yonulur.
Sonra hissə müxtəlif çirklənmələrdən və oksidlərdən təmizlənir.
Avtotəmir istehsalında hissələrdə çat və qırıqları qaynaq etmək üçün əl ilə elektrik – qövs qaynağından istifadə edirlər.
Elektrik – qövs qaynağında həm sabit cərəyandan, həm də dəyişən cərəyandan istifadə oluna bilər. Bu üsulla qalınlığı bir mm-dən çox olan bütün növ poladları, çuqunu və əlvan metalları qaynaq etmək və üst əritmək olar.
Qaynaq qövsü yandıqda böyük miqdarda istilik ayrılır. Qövsün temperaturu qaz sütununun oxunda 6000-75000S, kömür elektrodun, səth hissəsində 3000-40000S, polad elektrodun səth hissələrində isə 2200-25000S-yə çatır.
Sabit cərəyanda polad elektrodlardan istifadə etdikdə anodla qövsün temperaturu 26000S, katodda isə 24000S olur. Buna görə də nazik və tez əriyən metalları qaynaq etdikdə elektrik qövsünü əks qütblü cərəyanla qidalandırırlar, yəni cərəyan mənbəyinin mənfi qütbünü hissəyə qoşurlar.
Qövs sütununun temperaturu cərəyanın sıxlığından asılıdır. Qövsdə cərəyanın sıxlığı nə qədər çox olarsa,onun temperaturu bir o qədər yüksək olar. Əriyən elektrodla əl ilə qaynaq etdikdə elektrodda cərəyanın sıxlığı 18-20 A/mm2 olur, gərginlik isə 18-25 V olur.
Qaynaqlamanın məhsuldarlığı vahid zamanda əridilmiş elektrod metalının miqdarı ilə xarakterizə olunur.
Q=kC, q/saat
k – üst əritmə əmsalı, q/A saat,
C – qaynaq cərəyanının qiyməti, A.
Üst əritmə əmsalı k - elektrodun materialından örtüyün tərkibindən, cərəyanın növündən və qütbündən asılıdır. Əl ilə qaynaqlamada k=6-18 q/A saat hədlərində dəyişir.


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin