Mühazirələr konspekti Ümumi kurs (Elektron variantı 127 s.) Baki 2010 Ön söZ



Yüklə 0,82 Mb.
səhifə46/66
tarix04.04.2023
ölçüsü0,82 Mb.
#93041
növüMühazirə
1   ...   42   43   44   45   46   47   48   49   ...   66
Mühazirə- Avtoservis müasir texnologiyalar

Uzatma üsulundan şatunların, klapan çubuqlarının itələyicilərin müxtəlif dartqıları, millərin və s. hissələrin en kəsiklərinin azalması hesabına uzunluq ölçülərinin bərpası üçün istifadə edilir. Uzatma əməliyyatı əsasən soyuq halda aparılır. Bəzi hallarda qızdırılma tələb olunduqda YTC qurğusundan istifadə olunur. Bu zaman detalın yalnız en kəsiyinin daraldılan hissəsi qızdırılır.
Uzatma ilə plastik deformasiyada təsir edən P qüvvəsinin istiqaməti deformasiyanın istiqamətinə uyğun gəlmir.
Üzdiyirləmə üsulu xarici silindrik səthlərdə yeyilməni komponensasiya etmək üçün istifadə edilir. Bu üsulla valların diyircəkli yastıq altı səthləri – sapfaları bərpa edilir. Yeyilmiş səth üzərində üzdiyircəyi vasitəsilə metalın sıxışdırılaraq rifli səthin yaradılması nəticəsində bərpa prosesi əldə edilir.
Üzdiyirləmə zamanı metalın strukturasını pozmadan və dayaq səthinin ən az kiçilməsinə imkan verməklə yüksək aparıcılığa malik rifli səth yaratmaq lazımdır.
Sıxışdırılmış metalın qalxma hündürlüyü bir tərəfə 0,2 mm-dən, dayaq səthinin azalması isə 50%-dən çox olmamlıdır.
Üzdiyirləmə zamanı hissə torna dəzgahının patronunda və ya mərkəzlərində yerləşdirilir. Üzdiyirləyici diyircək və ya kürəcikli sağanaq dəzgahın supportunda bərkidilir. Üzdiyirləmə üsulu ilə dönmə sapfaları, ötürmə qutularının valları və başqa hissələr bərpa edilir.
Üzdiyirləmə üsulu ilə bərkliyi HRC 25-30-dan çox olmayan hissələr bərpa edilir. Əgər bərkliyi çox olarsa hissə tabalmaya uğradılır.


Hissələrin formasının bərpası.
İstismar prosesində avtomobilin bir çox hissələri əyilmə, burulma və qabarma deformasiyaları nəticəsində öz başlanğıc formalarını dəyişir. Hissələrdə bu qüsurlar düzəltmə üsulu ilə aradan qaldırılır.
Düzəltmə ilə yük avtomobillərində və avtobuslarda qabaq körpülərin tirləri, çərçivənin detalları, dirsəkli və paylayıcı vallar, şatunlar, ötürmə qutusunun valları, kardan valları, yarımoxlar, blok başlıqları, müxtəlif dartqılar və başqa hissələr bərpa olunur.
Avtotəmir istehsalında düzəltmənin iki növündən istifadə edilir: pres altında statik yükləmə ilə və döyəcləmə ilə.
Hissələrin çox hissəsi soyuq halda pres altında düzəldilir.
Hissələrdə lazımı qalın deformasiya almaq üçün onu əyintinin əks tərəfinə başlanğıc əyilmədən 10-15 dəfə çox qiymətdə əymək və bu vəziyyətdə 1,5 – 2 dəq. saxlamaq lazımdır.
Soyuq düzəltmə bir qayda olaraq dayanıqlı nəticə vermir. Buna səbəb soyuq düzəltmə zamanı hissədə daxili gərginliyin əmələ gəlməsidir. Belə əlamətlərin qarşısını almaq üçün, düzəltmə əməliyyatından sonra hissələr termiki emala uğradılır.
Pres altında düzəltmə üsulunun ən böyük çatışmayan cəhəti bərpa olunan hissənin yorulma möhkəmliyinin xeyli (15-40%) azalmasıdır.
Pres altında düzəltmə hissənin yorulma möhkəmliyi ilə yanaşı onun daşıyıcı (aparıcı) qabiliyyətini də azaldır. Daşıyıcı qabiliyyəti dedikdə, hissədə düzəltmənin əksinə yönələn daxili qüvvələr təsirinə qarşıdurması nəzərdə tutulur.
Şəkildən göründüyü kimi hissələri 400-500S qədər qızdırmaqla onların aparıcılıq qabiliyyətini 90% qədər bərpa etmək olur. Belə qızdırılan hissələrə başlanğıc termiki emalı 400-500S-dən yuxarı temperaturda aparılan hissələri, məsələn, şatunları, qabaq oxların tirlərini və s. misal göstərmək olar.
Şatunların qalıq deformasiyanı aradan qaldırmaq üçün ikiqat düzəltmədən istifadə etmək daha məqsədəuyğundur. Burada əvvəlcə qalıq deformasiya əks istiqamətdə yaradılır, sonra ikinci dəfə düzəltmə apararaq hissənin oxunun düzlüyü tam bərpa edilir.
Dirsəkli və paylayıcı vallarda düzəltmə apararkən xüsusi qurğudan və ya adi hidravlik preslərdən istifadə olunur. Düzəltmədən sonra valın formasının stabilliyini təmin etmək üçün onu 180-200S qədər qızdırmaq və bu temperaturda 5 saat saxlamaq lazımdır.
Yanacaq və yağ borularında deformasiyanı kürəcik və ya dorna ilə düzəltmək daha əlverişlidir. Kürəciyin və ya dorna üzərinə yüksək təzyiqli nasosla yağ vurulur. Kürəcik və ya dorna borudan keçərək onun əziklərini aradan qaldırır. Dornanın kipliyi yağadavamlı rezindən hazırlanan mancet vasitəsilə təmin edilr.
Yüksək tezlikli cərəyanla termiki emal olunan hissələrin (dirsəkli və paylayıcı valların) düzəltmə prosesinin stabilləşdirmək üçün həmin hissələri 180-200S-yə qədər qızdırmaq lazımdır. Belə stabilləşdirmə hissələrin aparıcılıq qabiliyyətini ancaq 60-70S bərpa edə bilir. Pres altında düzəltmə hissələrin yorulma möhkəmliyinin 15-20% azalmasına səbəb olur.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin