Mühazirələr konspekti Ümumi kurs (Elektron variantı 127 s.) Baki 2010 Ön söZ


Əlavə təmir detalı ilə hissələrin bərpası



Yüklə 0,82 Mb.
səhifə43/66
tarix04.04.2023
ölçüsü0,82 Mb.
#93041
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   ...   66
Mühazirə- Avtoservis müasir texnologiyalar

2. Əlavə təmir detalı ilə hissələrin bərpası
Avtotəmir istehsalında bir çox hissələrin bərpasında əlavə təmir detalından geniş istifadə edilir. Əlavə təmir detalından (ƏTD) hissələrin yeyilmiş işçi səthlərinin bərpasında, yaxud hissələrin zədələnmiş və ya yeyilmiş hissəsini dəyişmək məqsədilə istifadə edilir.
Bu üsulun mahiyyəti ondan ibarətdir ki, detalların yeyilmiş və ya zədələnmiş hissəsi kəsilib (və ya yonulub) çıxarılır, yerlərinə isə həmin formada və başlanğıc ölçülərdə yeni hazırlanmış elementlər qoyulur.
Bu üsulla silindrlər bloku, klapan yuvaları, ötürmə qutusu gövdəsinin, arxa körpünün, təkər toplarının, yağ və su nasosları gövdələrinin yastıq altı yuvaları, satellitlərdə və differensial fincanında deşiklər, yük avtomobillərində və avtobuslarda qabaq tirin şkvoren yuvaları, dirsəkli valın flans içəri yuvası, nazim çarxda dişli tacın dəyişdirilməsi və s. bərpa edilir.
Bərpa olunan səthin növündən asılı olaraq əlavə təmir detalı giliz, üzük, şayba, oymaq, lövhə, vtulka formasında hazırlanır.
Bərpa zamanı vtulka və ya oymaq qoymazdan əvvəl yeyilmiş səth düzgün həndəsi formaya salınmaqla elə ölçüdə yonulmalıdır ki, qoyulan vtulkanın və ya oymağın divarının qalınlığı 2 mm-dən az olmasın. Hazırlanmış əlavə təmir detalı yuvaya, deşiyə, yaxud vala tarım preslənir və deşiyə çivi ilə, vala isə ən azı 2-3 yerdən qaynaqla birləşdirilir. Sonra həmin elementlər normal ölçülərdə emal olunur.
Əlavə edilən hissənin materialı əsas hissənin hazırlandığı materialdan hazırlanır. Çox hallarda əlavə təmir detalları sonrakı emal üçün emal payı qoymadan nominal ölçüdə hazırlanır. Tuş oxluluğun təmin edilməsi hallarında isə (məsələn, ötürmə qutusunun gövdəsinə yastıq altı səthi bərpa edərkən) əlavə təmir detalı preslənib qaynaq və ya çivi ilə bərkidildikdən sonra emala uğradılaraq tələb olunan ölçüyə və təmizliyə çatdırılır.
Əgər detalın dəyişdiriləcək hissəsini termiki emal etmək lazımdırsa, onu əsas detalın üzərinə qoymazdan əvvəl emal edirlər.
Bəzi hissələrin bərpasında yamaq qoymadan istifadə edilir. Məsələn, yük avtomobillərinin çərçivələrində, qanadlarda, qapılarda, kapotda, ayaqaltılarda, digər nazik metal təbəqədən hazırlanan hissələrdə yamaqdan istifadə edilir. Yamağın materialı əsas detalın materialına uyğun götürülür. Gövdə tipli hissələrdə çatları bərpa edərkən əvvəlcə çatın ucları 2-3 mm diametrdə deşilir, çat təmizlənir yağsızlaşdırılır. Çat olan sahəyə texnologiyaya uyğun epoksid qətranı çəkildikdən sonra onun üzərinə 1,5 - 2 mm qalınlıqda yumşaq poladdan yamaq qoyulur və vintlərlə bərkidilir. Yamağın ölçüsü çatdan və ya deşikdən 15-20 mm kənara çıxmaq şərtilə təyin edilir.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin