Mühazirələr konspekti Ümumi kurs (Elektron variantı 127 s.) Baki 2010 Ön söZ


Mövzu 23. plastik kütlələrlə hissələrin



Yüklə 0,82 Mb.
səhifə59/66
tarix04.04.2023
ölçüsü0,82 Mb.
#93041
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   ...   66
Mühazirə- Avtoservis müasir texnologiyalar

Mövzu 23. plastik kütlələrlə hissələrin
bərpası

Plastik kütlələrdən maşınqayırmanın müxtəlif sahələrində geniş istifadə edilir. Avtotəmir sənayesində də sintetik materiallarla hissələrin bərpası geniş yayılmışdır.


Sintetik materiallarla hissələrdə mexaniki zədələrin (çat, əziklər, batıqlar, sınıqlar və s.) aradan qaldırılmasında, hissələrin yeyilmiş səthlərinin bərpasında və həmçinin hissələrin yapışqanla birləşdirilməsində istifadə edilir. Bu üsulun geniş yayılmasına səbəb plastik kütlələrin ucuz, texnoloji prosesin və avadanlığın sadə, prosesin əmək tutumunun kiçik və fiziki – mexaniki xüsusiyyətlərin kifayət qədər yüksək olmasıdır.
Plastik kütlələrin əsas tərkib hissəsi polimerlərdir. Bir çox plastik kütlələr təmiz polimerdən (polistrol, polietilen, polipropilen və s.) hazırlanır.
Lakin elə plastik kütlələr də vardır ki, onların tərkibinə polimerlərdən başqa digər komponentlər də daxil edilir. Belə komponentlərə aid olan doldurucular, plastifikatorlar, rəngləyicilər, bərkidicilər və digər əlavələr plastik kütləyə tələb olunan xüsusiyyəti və keyfiyyəti verir.
Avtotəmir istehsalında istifadə olunan polimer materiallar iki qrupa bölünür:
-reaktoplastlar (termoreaktiv plastik kütlələr);
- termoplastlar (termoplastik kütlələr).
Reaktoplastlar normal temperaturda maye və ya bərk halda olur, lakin müəyyən temperatura qədər qızdırıl­­dıqda bərk hala keçir və temperaturun sonrakı dəyişməsindən asılı olayaraq öz vəziyyətini dəyişmir, yəni bərk halda qalır. Bu dönməyən proses olduğundan reaktoplastı yenidən plastik vəziyyətə qaytarmaq mümkün olmur.
Termoplastlar normal temperaturda bərk halda olur. Qızdırıldıqda isə yumşalır və bu halda onları istənilən formaya salmaq olur. Soyuduqdan sonra yenə də bərk hala keçirlər.
Təkrar qızdırıldıqda termoplastlar plastiklik xüsusiyyətini saxlayırlar, yəni, yenidən istifadə üçün yararlı olurlar.
Avtotəmir sənayesində hissələrin bərpasında daha geniş istifadə edilən reaktoplastlardan ED-16 və ED-20 epoksid qətranlarını göstərmək olar. Epoksid qətranları açıq – qəhvəyi rəngdə, özülü maye şəklində olurlar.
Hissələrin bərpası zamanı istifadə olunan termoplastlara misal olaraq polietilenləri, polipropilenləri, poliamidləri, ftoroplastları, viniplastları, polistirolları göstərmək olar.
Avtomobil hissələrinin bərpası zamanı istifadə olunan epoksid kompozisiyalarının tərkibinə epoksid qətranlarından əlavə bərkidicilər, plastifikatorlar və doldurucular daxil edilir.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin