Mühazirələr Müəllimlər: Babayev E. A, Rzayeva T.İ. Sumqayit 2020 f ə nnin m ə qs ə



Yüklə 131,33 Kb.
Pdf görüntüsü
səhifə6/43
tarix25.12.2023
ölçüsü131,33 Kb.
#196964
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   43
529-19.111

Diametr ölçüləri. 
Diametr simvolunun hündürlüyü onunla yanaşı yazılan 
rəqəmin hündürlüyü ( h) qədər, çevrəsinin ölçüləri isə 7/10h bərabər qəbul 
edilməlidir. İşarənin çevrəsinin ortasında 60
0
mailliklə düz xətt çəkilir. Əgər 
çevrənin diametri 10mm – dən böyükdürsə, ölçü xətti və oxlar çevrənin 
daxilində qoyulur. Diametrin ölçüsü 10mm – dən az olduqda isə oxlar çevrənin 
kənarında çəkilir.şəkil 5 
Radius ölçüləri. 
Çevrə qövsünün mərkəzi bucağının ölçüləri 180
0
– dən 
böyük olduqda ölçü diametrlə, kiçik olduqda isə radiusla göstərilir. Qövsün 
radiusunu göstərdikdə mərkəzin göstərilməsi lazım gələrsə, o çertyojda 
kənaraçıxma və ya mərkəz xətlərinin kəsişməsi şəklində verilir. 
Xarici və daxili dəyirmiləmə qövslərinin radiusları ölçü xətti və ya çıxarış 
xətti üzərində yazılır. Bu halda ölçü xətti ilə ştrixləmə xətti müxtəlif istiqamətdə 
çəkilməlidir. Şəkil 6 
 


Çevrənin bərabər hissələrə bölünməsi. 
Çevrenin bərabər hissələrə bölünməsi detallarin konturlarin çəkilişində dişli 
çarxlarin dişlərinin açilmasinda boltlarin mərkəzlərinin tapilmasinda və s. tətbiq 
edilir. Çevrəni istənilən sayda bərabər hissələrə bölmək olar bunun üçün vətərlər 
cədvəlindən istifadə edilir .Yəni çevrənin radiusu müəyyən əmsalara vurulur. 
3-bərabər 6-bərabər 12-bərabər 5,7,10 bərabər 
Çevrəni üç bərabər hissəyə bölmək üçün onun istənilən nöqtəsindən ( məsələn 
A nöqtəsindən) radiusu çevrənin radiusuna bərabər R radiuslu bir qövs çəkilir. Bu 
radius çevrəni iki nöqtədə kəsir. Bu nöqtələr 1 və 2 nöqtələri olacaq . 3 – cü nöqtə 
isə A nöqtəsi qəbul edilir. şəkil 1
Çevrəni altı bərabər hissəyə bölmək üçün onun simmetriya oxlarının çevrə ilə 
kəsişmə nöqtələrinin ikisindən R radiuslu iki qövs çəkilir. Bu qövslər çevrəni dörd 
nöqtədə kəsir. Qalan iki nöqtə isə qövslərin mərkəzləri olur. Şəkil 2 beləliklə 
çevrə altı bərabər hissəyə bölünmüş olur.
Çevrəni beş bərabər hissəyə aşağıdakı ardıcıllıqla bölmək olar. 
Çevrə üzərində 1 nöqtəsi qeyd olunur. şəkil 3. Bu nöqtə şevrənin beş bölgüsündən 
biri olur. OD parçasını yarıya bölüb alınmış A nöqtəsindən R
1
= 1A radiusu ilə 
üfüqi simmetriya oxunu B nöqtəsində kəsən bir qövs çəkilir. R
2
= 1B radiusu ilə 2 


və 5 nöqtələri, sonra isə 2 və 5 nöqtələrini mərkəz qəbul edərək 3 və 4 nöqtələri 
qurulur. Beləliklə çevrə beş bərabər hissəyə bölünmüş olur.

Yüklə 131,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin